Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycana velosiped istehsalı üçün idxal ediləcək ehtiyat hissələri 2 il müddətinə gömrük rüsumlarından azad edilib.
Trend-in məlumatına görə, bu məsələ Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" qərarına edilən dəyişiklikdə nəzərdə tutulub.
Qərar 2 il ərzində qüvvədədir.