...

Rusiya Türkiyə pomidorlarının üçüncü ölkələrdən ixracını dayandırmağın yolunu tapdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Oktyabr 2017 14:47 (UTC +04:00)
Rusiya gömrükçüləri Azərbaycan və Ermənistandan olan həmkarları ilə birgə Türkiyə pomidorlarının bu ölkələr üzərindən təkrar ixracının qarşısını almaq üçün effektiv üsul tapıblar.
Rusiya Türkiyə pomidorlarının üçüncü ölkələrdən ixracını dayandırmağın yolunu tapdı

Bakı. Trend:

Rusiya gömrükçüləri Azərbaycan və Ermənistandan olan həmkarları ilə birgə Türkiyə pomidorlarının bu ölkələr üzərindən təkrar ixracının qarşısını almaq üçün effektiv üsul tapıblar.

Trend-in məlumatına görə, bunu Rusiya Federal Gömrük Xidməti rəisinin birinci müavini Ruslan Davıdov deyib.

Onun sözlərinə görə, bunun üçün işçi qrupları yaradılıb: “Biz həm azərbaycanlı, həm də erməni həmkarlarımızla qurumlararası işçi qrupları yaratmışıq. Bu qrupların məqsədi malların şəffaf hərəkət istiqamətini müəyyən etməkdən ibarət olacaq”.

Qeyd edək ki, Rusiya bir neçə il əvvəl Türkiyədən pomidor idxalına embarqo qoysa da, məhsulun bir neçə ölkədən, xüsusilə, Azərbaycan, Ermənistan və Belarusdan təkrar ixracından narahatlığını bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti