Bakı. Azad Həsənli - Trend:
Azərbaycanda bank xidmətlərinin keyfiyyəti daha yaxşı ola bilər.
Trend-in məlumatına görə, bunu Bakıda MDB, Mərkəzi və Şərqa Avropa ölkələri banklar assosiasiyalarının beynəlxalq koordinasiya iclasında bank ombudsmanı İkram Kərimov deyib.
Onun sözlərinə görə, bəzən müştərilər kreditlər üzrə faiz ödəmələrindən, bank xidmətlərinə görə komissiyanın çıxılmasından, ipoteka kreditinin rəsmiləşdirilməsi və digər məsələlərdən narazılığını bildirir.
Ombudsman qeyd edib ki, əksar hallarda müştəriyə kreditin alınması ilə bağlı bütün şərtlər təqdim olunmur və daha sonra o, “yeni” şərtləri görür və məhkəməyə müraciət etməli olur.