...

Unibankdan 150 min manatadək ipoteka kreditini aşağı faizlə götürün

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Oktyabr 2017 16:00 (UTC +04:00)
Noyabrın 30-dək Unibank-dan ipoteka krediti götürən hər kəs, dövlət ipoteka kreditlərini illik cəmi 7%-lə əldə edəcək.
Unibankdan 150 min manatadək ipoteka kreditini aşağı faizlə götürün

Bakı. Trend:

Əgər siz daha aşağı faizlə ipoteka krediti götürmək istəyirsinizsə, Unibank-a müraciət edin! Noyabrın 30-dək Unibank-dan ipoteka krediti götürən hər kəs, dövlət ipoteka kreditlərini illik cəmi 7%-lə əldə edəcək.

Bankdan Trend-ə verilən məlumata görə, aylıq ödənişi daha sərfəli edən bu kampaniya çərçivəsində 150.000 manatadək ipoteka kreditlərini daha aşağı faizlə və 20% ilkin ödənişlə ala bilərsiniz.

Qeyd edək ki, Unibank 2006-cı ildən Azərbaycan İpoteka Fondunun fəal müvəkkil bankları sırasındadır. Bank bir müddət əvvəl “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsi imzalayıb və Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan güzəştli mənzillərin də ipoteka kreditləri ilə satışında Unibank iştirak edir.

Unibank-ın ipoteka müştəriləri kredit ödənişlərini banka gəlmədən, öz telefonlarında həyata keçirə bilirlər. Bunun üçün öz smartfonlarından Unibank Mobile əlavəsinə daxil olaraq, “hökumət ödənişləri” bölümünü seçmək lazımdır.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank-hər kəsin bankı!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti