...

Xalq Bank “Nyu-Yorka səyahət” aksiyasının 6-cı turunun qaliblərini elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Noyabr 2017 17:57 (UTC +04:00)
Xalq Bankın POS-terminalları vasitəsi ilə ödəniş edən hər kəs Nyu-Yorka aviabilet qazanmaq şansı əldə edir.
Xalq Bank “Nyu-Yorka səyahət” aksiyasının 6-cı turunun qaliblərini elan edib

Bakı. Trend:

Xalq Bankda cari il may ayının 1-dən dekabrın 31-dək seçilmiş bank əməliyyatları yerinə yetirən müştərilər, eləcə də Bankın tərəfdaş ticarət məntəqələrində Xalq Bankın POS-terminalları vasitəsi ilə ödəniş edən hər kəs Nyu-Yorka aviabilet qazanmaq şansı əldə edir.

Bankdan Trend-ə verilən məlumata görə, müştərilər Xalq Bankın filiallarında təcili pul köçürmələri, kommunal və digər ödənişlər, depozit seyfləri, fərdi bank hesabları üzrə əməliyyatlara görə, eləcə də, emitent bankdan asılı olmayaraq, tərəfdaş ticarət məntəqələrində bankın POS-terminalları ilə ödəniş edən bütün kart sahibləri Bakcell mobil nömrələrinə 40 dəqiqəyədək danışıq balansı və aksiya xalları qazanırlar. Ay ərzində toplanan xalların sayına görə on lider müştəri dəyərli hədiyyələrə sahiblənir. Dörd ayın nəticəsinə görə ən çox xal qazanan müştəri isə Bakı-Nyu-York-Bakı aviabileti qazanır. İştirakçı XAL sözünü 5555 qısa nömrəsinə göndərdikdə aksiya xalları haqda məlumatın qeyd olunduğu SMS ala bilər. SMS xidməti pulsuzdur.

1 noyabr tarixdə "Nyu-Yorka səyahət" aksiyasının 6-cı turu keçirildi və qaliblər müəyyən olundu.

Qalib

Hədiyyə

Xal

Nəbiyev İlkin Eldar oğlu

Avtomobil üçün yağdəyişmə kuponu – Azpetrol yanacaqdoldurma məntəqəsində

335

Hüseynov Səməd Həmid oğlu

Qəbələ turu, 2 nəfərlik istirahət kuponu, 3 gün 2 gecə

260

Abdullayev Ələsgər Abduləvvəl oğlu

"Fleuriste" Gül dükanından 50 AZN-lik hədiyyə kuponu

250

Gülməmmədova Kəminə Mahir qızı

"Nisa Beauty" Şirkətindən 50 AZN-lik hədiyyə kuponu

210

Nağıyev Vahid Kamal oğlu

"Domino's Pizza" Restoranından 30 AZN-lik hədiyyə kuponu

190

Dəmirov Nair Feyruz oğlu

“Ronnenfeldt çay köşkü” 30 AZN-lik hədiyyə kuponu

170

Hüseynova Əsli İbrahim qızı

“Termos, bıçaq, fənər” dəsti

160

Mustafayev Xaliq Ədalət oğlu

“Selfi çubuğu, Parker qələm, Fotoatlas” dəsti

150

Duniyev Nicat Əli oğlu

Azpetrol Şirkətindən 30 litrlik Elektron Yanacaq Talonu

140

İsmayılov Mənsur Əmiralı oğlu

Azpetrol Şirkətindən 30 litrlik Elektron Yanacaq Talonu

140

Aksiyaya texniki dəstək Bakcell Ulduzum proqramı tərəfindən, turizm dəstəyi Qatar Airways şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən təmin edilir. Aksiya haqda daha ətraflı məlumatı və tərəfdaş ticarət məntəqələrinin siyahısını www.xalqbank.az/aksiya internet səhifəsindən və ya 138 Məlumat Mərkəzindən əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti