...

Nazir əlillərin problemlərindən danışdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Noyabr 2017 14:16 (UTC +04:00)
İşə götürənlər əlillər üçün lazımi şərait yaratmalıdır.
Nazir əlillərin problemlərindən danışdı

Bakı. Ənvər Məmmədov - Trend:

İşə götürənlər əlillər üçün lazımi şərait yaratmalıdır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir qeyd edib ki, əlillər digər insanlarla bərabər hüquqlardan yararlana bilməlidirlər.

Onun sözlərinə görə, bu gün işə götürənlərin bir qismi əlillər üçün lazım olan şərtləri yaratmağa hazır deyil:

“Əgər açıq danışsaq, bəzi işə götürənlər əlilliyi olan insanlar üçün vəsait sərf etmək istəmir. Biz bu problemi bütün ictimaiyyətlə birgə həll etməliyik. Qanunvericiliyə əsasən, iş yerlərinə kvotaların yarısı əlilliyi olan insanlar üçün nəzərdə tutulub. Amma bu gün bu kvotalara əməl olunmur. Bunun səbəblərindən biri ciddi maliyyə sanksiyalarının olmamasıdır”.

S.Müslümov qeyd edib ki, bu problemi ictimai fikri dəyişməklə həll etmək olar: “Biz düşünməliyik ki, hər an hər birimiz onların yerində ola bilərik, heç kəs bundan sığortalanmayıb. Başa düşmək lazımdır ki, onlar da bizim kimi vətəndaşlardır və onların fəaliyyəti, normal həyat tərzi üçün bütün şərait yaradılmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti