...

Azərbaycan bankı nizamnamə kapitalını artırmağı planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Fevral 2018 10:10
"Bank Respublika" ASC-nin səhmdarları bankın nizamnamə kapitalının artırılmasını müzakirə edəcəklər.
Azərbaycan bankı nizamnamə kapitalını artırmağı planlaşdırır

Trend-i buradan izləyin

Bakı. Ənvər Məmmədov - Trend:

"Bank Respublika" ASC-nin səhmdarları bankın nizamnamə kapitalının artırılmasını müzakirə edəcəklər.

Trend-in məlumatına görə, müzakirələr martın 30-u bankın baş ofisində səhmdarların növbədənkənar ümumi yığıncağında aparılacaq.

Nizamnamə kapitalının yeni səhmlərin buraxılması yolu ilə artırılması nəzərdə tutulur.

Bundan başqa, səhmdarların bankın Auditor komitəsinin tərkibinin təsdiq edəcəyi gözlənilir.

Qeyd edək ki, 1992-ci ildən fəaliyyət göstərən "Bank Respublika"nın nizamnamə kapitalı 67,46 milyon manat təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti