...

BVF: Yaxın iki il ərzində Azərbaycanda qeyri-neft ÜDM-i artacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 May 2018 18:46 (UTC +04:00)
Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda qeyrin-neft sektorunda ümumi daxili məhsulun 2018-ci ildə 4 faiz, 2019-cu ildə 3,2 faiz artıacağını proqnozlaşdırır
BVF: Yaxın iki il ərzində Azərbaycanda qeyri-neft ÜDM-i artacaq

Bakı. Maksim Tsurkov - Trend:

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda qeyri-neft sektorunda ümumi daxili məhsulun (ÜDM) 2018-ci ildə 4 faiz, 2019-cu ildə 3,2 faiz artacağını proqnozlaşdırır.

Trend-in məlumatına görə, bu barədə Fondun “Regional Economic Outlook: Middle East and Central Asia Update” hesabatında deyilir.

Proqnozlara əsasən, bu İl Azərbaycanın ÜDM-i 45,5 milyard dollara çatacaq. Gələn il bu göstəricinin 47,9 milyard təşkil edəcəyi gözlənilir.

Analitiklərin fikrincə, 2018-ci ildə Azərbaycan hökumətinin gəlirləri ÜDM-in 38 faizini və ya 17,3 milyard dollara yaxın, xərcləri isə 36,6 faizini (16,65 milyard dollar) təşkil edəcək. 2019-cu ildə gəlirlər ÜDM-in 39 faizi (18,68 milyard dollar), xərclər ÜDM-in 37,8 faizini (18,1 milyard dollar) təşkil edəcək.

Eyni zamanda BVF-in proqnozlarına əsasən 2018-ci ildə Azərbaycanın ixracatı 22,4, 2019-cu ildə 23,6 milyard dollara bərabər olacaq. Yaxın iki il ərzində Azərbaycanda cari əməliyyatların profisiti 2,6 milyard və 3,3 milyard dollar təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti