Naxçıvanda rəqəmsal ödənişlərin istifadəsi genişləndirilir (FOTO)

Naxçıvanda rəqəmsal ödənişlərin istifadəsi genişləndirilir (FOTO)

Bakı. Trend:

Mərkəzi Bank Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödənişlərin istifadəsinin genişləndirilməsi istiqamətində tədbirlərə start verib.

Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, Prezidentin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən Mərkəzi Banka verilmiş tapşırıqlardan biri də rəqəmsal ödənişlərin daha geniş tətbiqi üçün maarifləndirmə, təbliğat və təşviqat işlərinin aparılmasıdır.

Bu tapşırığın icrası məqsədi ilə Mərkəzi Bank ölkə ərazisində nağdsız ödənişlərin genişləndirilməsinə, xüsusən də regionlarda əhali və təsərrüfat subyektləri arasında müasir bank texnologiyalarından istifadənin artırılmasına xüsusi diqqət yetirir və bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirir. Növbəti belə bir tədbir qlobal ödəniş texnologiyalarının liderlərindən biri olan “Mastercard” ilə birlikdə pilot olaraq seçilmiş Naxçıvan Muxtar Respublikasında (Naxçıvan MR) rəqəmsal ödənişlərin istifadəsinin stimullaşdırılması məqsədi ilə istehlakçılar və təsərrüfat subyektləri üçün stimullaşdırıcı kampaniyaların təşkil edilməsidir.

Naxçıvan MR-da təşkil edilən stimullaşdırıcı kampaniyaların təqdim edilməsi tədbirində çıxış edən Muxtar Respublikanın maliyyə naziri Səbuhi Məmmədov son illər ərzində Muxtar Respublika rəhbərliyinin tapşırığına əsasən nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində görülmüş işlər barədə geniş məlumat verib. S.Məmmədovun sözlərinə görə artıq bir neçə ildir ki, Naxçıvan MR-da təsdiq edilmiş proqrama əsasən əhali arasında nağdsız ödənişlərin artırılmasına dövlət orqanları tərəfindən geniş dəstək göstərilir.

Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” ilə Mərkəzi Banka verilmiş rəqəmsal ödənişlərin daha geniş tətbiqi tapşırığının icrası istiqamətində görülən işlər barədə məlumat verib.

“Mastercard” beynəlxalq kart təşkilatı ilə birgə ölkədə rəqəmsal ödənişlərin inkişafı üçün institusional mühitin yaxşılaşdırılması, iqtisadiyyatda nağd pul dövriyyəsinin azaldılması və nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində ötən il ərzində həyata keçirilmiş “Nağdsız Azərbaycan” layihəsi barəsində danışdı. Onun sözlərinə görə “Nağdsız Azərbaycan” layihəsi bütövlükdə ölkənin nağdsız cəmiyyətə transformasiyasına dair təfsilatlı yol xəritəsini özündə ehtiva edir və layihənin yekunu kimi hazırlanmış “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” bu istiqamətdə görüləcək işləri özündə birləşdirir.

A.Quliyev tərəfindən strateji yol xəritəsi ilə verilmiş tapşırığın icrası çərçivəsində hesablaşma əməliyyatlarının vəsaiti ödəyənlə vəsaiti alan arasında 5-10 saniyə ərzində tam başa çatdırılmasını təmin edən Ani Ödənişlər Sisteminin yaradılması üzrə Mərkəzi Bank tərəfindən görülən işlər barədə də məlumat verilib. Sistemin yaradılması ilə ödəniş xidmətlərinin fiziki və hüquqi şəxslər üçün hər yerdə, hər zaman əlçatan olmasına və əməliyyatların 24/7/365 rejimində ödənişlərin həyata keçirildiyi anda başa çatdırıla bilinməsinə nail olunacaqdır. A.Quliyev rəqəmsal ödənişlərin istifadəsinin genişləndirilməsi istiqamətində planlaşdırılan ölkəmiqyaslı təbliğat və təşviqat tədbirləri bərədə də məlumatı diqqətə çatdırıb.

Sonra “Mastercard”ın Azərbaycan üzrə meneceri Erdem Çakar yerli bazarda uzunmüddətli əməkdaşlığın möhkəmləndirilməsi məqsədi ilə Naxçıvan MR-da bu kampaniyanı həyata keçirməkdən fəxr etdiklərini vurğulayıb. Eyni zamanda, o, çıxışında Azərbaycanı nağdsız ödəniş sahəsində regionun lideri və “Mastercard”ın ən mütərəqqi texnologiyalarını tətbiq edən ilk ölkə kimi görmək istədiklərini, son layihələri arasında əsas yeri “Mastercard” və Mərkəzi Bank tərəfindən birgə hazırlanan və ölkədə nağdsız transformasiya strategiyasının yaradılmasına yönələn “Nağdsız Azərbaycan” layihəsinin tutduğunu bildirib. E.Çakar Mərkəzi Bankın təşəbbüsü ilə Bakıda keçirilən uğurlu kampaniyaları bölgələrə doğru genişləndirməyə və burada qlobal "world beyond cash" (“nağdsız dünya”) baxışılarını təqdim etməyə şad olduqlarını, həmçinin “Mastercard”ın rəqəmsal transformasiya və nağdsız cəmiyyət sahələrində Azərbaycanı regionun liderinə çevirmək məqsədilə dövlət orqanları ilə əməkdaşlıq etməsindən məmnunluq duyduqlarını görüş iştirakçılarının diqqətinə çatdırıb.

Bank VTB (Azərbaycan) açıq tender elan edib
Bank VTB (Azərbaycan) açıq tender elan edib
Bank VTB (Azərbaycan) kuryer xidmətlərin alınması ilə əlaqədar tender elan edir
Bank VTB (Azərbaycan) kuryer xidmətlərin alınması ilə əlaqədar tender elan edir
Unibank texniki avadanlıq alınması üzrə tender elan edir
Unibank texniki avadanlıq alınması üzrə tender elan edir
Loading Bars
Xəbər lenti
Venesuelalı miqrant qız Meksika ilə ABŞ sərhəddində çayı keçərkən ölüb
Braziliya koronavirusa sutkaliq yoluxanların sayına görə antirekordu yeniləyib
Biz Rusiya ilə müzakirələri davam etməyə hazırıq - Ceyk Sallivan
Pakistanda partlayış nəticəsində qatar relsdən çıxıb, yaralılar var
Somalinin paytaxtında terrorçu-kamikadzenin hücumu nəticəsində azı 6 nəfər ölüb
Paraqvayın prezidenti koronavirusa yoluxub
Türkiyədə neft boru kəmərində partlayış baş verib
Avropada COVID-19 peyvəndinin dördüncü dozası immuniteti zəif insanlar üçün tövsiyə edilib
Fransada sutka ərzində koronavirusa yoluxanların sayında antirekord yenilənib
Nyu-Yorkda binada partlayış nəticəsində 1 nəfə ölüb, 9 nəfər yaralanıb
ÜST rəhbəri koronavirusun yeni ştammlarının yaranma ehtimalını mümkün sayır
İsrail prezidenti Hersoq Türkiyəyə gələ bilər - Ərdoğan
ABŞ Şimali Koreyaya təzyiqi artırmaq niyyətindədir
MDU-da “20 Yanvar: Milli tariximizi azadlıq yoluna çıxaran dönüş nöqtəsi” mövzusunda seminar keçirilib (FOTO)
Azərbaycan XİN fransalı nazirin Milli Assambleyadakı çıxışına cavab verib
Azərbaycanın Fransadakı səfirliyi bu ölkənin prezidentliyə namizədinin iddialarına cavab verib
Goranboy sakininin minaya düşməsi ilə bağlı araşdırma aparılır - Prokurorluq
Goranboy sakini minaya düşdü, ayağı amputasiya edildi
Dünyada həftə ərzində 18 milyondan çox koronavirusa yoluxma halı qeydə alınıb
İsveç hökuməti ölkəyə daxil olanlardan PSR testi tələb etməyəcək
DGK və Böyük Britaniyanın Milli Cinayət Agentliyi arasında əməkdaşlıq məsələləri müzakirə olunub
H.Z.Tağıyevin xeyriyyəçilik və maariçilik fəaliyyəti, onun mənəvi zənginliyinə baxış - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib
Cənub-qərb küləyi güclənib - FAKTİKİ HAVA
Media Təhlil Mərkəzi Azərbaycanda ekoloji vəziyyətlə bağlı sorğu keçirib
Gəlir və xərclərinin uçotunu aparan şəxslərə vergi güzəştinin tətbiqi ilə bağlı dəyişiklik edilib
İsmayıllı sakinlərindən qanunsuz ov tüfəngləri götürülüb (FOTO)
Əli Əsədovun sədrliyi ilə ərzaq təhlükəsizliyi və qiymət artımına dair müşavirə keçirilib (FOTO)
Baş Qərargah rəisi HHQ-də toplanışın gedişatını izləyib (FOTO)
AGF-nin Ümumi Yığıncağı keçirilib (FOTO)
BSU-da 20 Yanvar faciəsinin qurbanları anılıb (FOTO)
Xarici ölkələrdə qanunsuz silahlı birləşmələrə qoşulan şəxslər məsuliyyətə cəlb ediliblər
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 930 nəfər COVID-19-a yoluxub, 12 nəfər vəfat edib
Rövşən Rzayev “Şöhrət” ordeni ilə təltif edildi
Bakıda alpinist kəndiri ilə 2 milyon manatlıq oğurluq edənlərin növbəti məhkəməsi davam olub
DİN-də ötən ilin yekunları ilə bağlı kollegiya iclası keçirilib (FOTO)
Azərbaycan məhsulları Beynəlxalq Qida və İçki Sərgisində nümayiş olunur (FOTO)
2021-ci ildə cinayət hadisələrinin sayı azalıb
Ötən il 268 kriminal qrup zərərsizləşdirilib
Ötən il dövlət qurumları üzrə 31 mindən çox cinayət qeydə alınıb - Vilayət Eyvazov
ARDNF-nin ötən il üzrə gəlir və xərcləri açıqlandı
OPEC Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb
Müstəqilliyimiz əbədidir, torpaqlarımız azaddır, şəhidlərimizin ruhu şaddır (FOTO)
Qış Olimpiya yığmamızın bayraqdarı müəyyənləşdi
Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb (FOTO)
Aqrar Sığorta Fondu tərəfindən ötən il yığılan sığorta haqqının məbləği açıqlanıb
Yanvarın 19-na USD/AZN rəsmi məzənnəsi
Feministlər ailəmdə problem yaratdı - Arvadını öldürən şəxs
Rəqəmsal İnnovasiyalar Mərkəzinə yeni rəhbər təyin olundu
Lənkəran sakinləri silahla saxlanılıb
Narkotik tərkibli həblər satan Qazax sakini saxlanıldı
Milli parklarda qayda pozuntusuna görə bir neçə vəzifəli şəxs cəzlandırılıb
Xəzərdən uzunluğu 3 metr, çəkisi 210 kiloqram olan balıq tutulub (FOTO)
Qəbələdə ətraf mühiti çirkləndirən 8 nəfər cərimələnib
Bağça müdirləri və işçilərin əmək müqaviləsinin müddəti uzadılıb
Ombudsmanın Şəki Regional Mərkəzinin əməkdaşları şəhidin dəfn mərasimində iştirak ediblər
20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində tədbir keçirilib (FOTO)
Region hotellərində milli ulduz təsnifatı ilə əlaqəli təlimlərə start verilir
Azərbaycan və Türkiyənin tarixi birliyi gələcək nəsillərə miras qalacaq - Səfir (FOTO)
Yelo Bank-la mənzil sahibi olun
Magistral neft kəmərləri ilə nəql edilən neftin həcmi açıqlanıb
Özəl sektordan vergi daxilolmaları 24 faiz artıb
Xalq Bankın ödəniş kartları ilə səyahət daha sərfəlidir!
Sonuncu Amnistiya aktı ilə azadlığa buraxılanların sayı açıqlandı - RƏSMİ
Bakıda bir neçə məşhur restoranda kobud pozuntular aşkarlanıb
Bakı sakinləri Hacı Zeynalabdin Tağıyevə verilən yüksək dəyərə görə Prezident İlham Əliyevə təşəkkür edib (FOTO/VİDEO)
Azad olunan ərazidə işləyən şəxsdən narkotik aşkarlandı
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Bolqarıstan nümayəndə heyəti ilə görüşüb (FOTO)
Prezident İlham Əliyev: Bu gün nəinki Azərbaycanda, Cənubi Qafqazda ən böyük xeyriyyəçi Heydər Əliyev Fondudur
2021-ci ildə Azərbaycanda ən çox qeydə alınan xəstəliklər məlum olub
Məzənnə də azalacaq, faiz də - Ərdoğan
Azərbaycanın Qarabağ ərazisinə icazəsiz səfər Pekres üçün hüquqi məsuliyyət yaradır - Sevil Mikayılova
Polisin məqsədi pandemiya dövründə vətəndaşı cərimə etmək deyil - Elşad Hacıyev (MÜSAHİBƏ) (VİDEO)
Azad edilmiş ərazilərdə minalar ən çox bu sahələrdə basdırılıb
Metroda gediş haqqı artacaq? - AÇIQLAMA
Prezident İlham Əliyev: Zeynalabdin Tağıyev yüzlərlə tələbəni Rusiyaya və Avropaya göndərməklə gələcəyi düşünürdü
Azərbaycanda nikahların və boşanmaların sayı açıqlanıb
Bakıda parklanmanın idarə edilməsi layihəsinə start verildi
Ötən il Azərbaycanda nə qədər uşaq doğulub? - RƏSMİ
İdarədə həyat yoldaşını güllələyən polisin məhkəməsi başladı
Mən Qazaxıstanın paytaxtında istirahətdəyəm - Nazarbayev
Azərbaycan əhalisinin sayı açıqlanıb
2021-ci ilin sosial-iqtisadi nəticələri və inkişaf perspektivləri müzakirə olunub
İranda sutka ərzində koronavirusa yoluxanların sayı yenidən artır
Prezident İlham Əliyev: Bu gün Heydər Əliyev Fondu qarşısında yeni vəzifələr dayanır
Yanvarın 28-dən "AzərSpace" üzərindən yayım HD formata keçiriləcək
Prezident İlham Əliyev: Heydər Əliyev Fondunun fəaliyyəti nəticəsində Azərbaycan daha çox tanınır və məhz bu amil bizə İkinci Qarabağ müharibəsi dövründə kömək göstərdi
2022-ci ilin ilk “Startap” şəhadətnamələri sahibkarlara təqdim edilib
Azad edilmiş ərazilərə avtobus bileti alarkən COVID pasportu tələb olunacaq? - AÇIQLAMA
20 Yanvar gününü xalqımız birliyimizi təcəssüm etdirən qürurlu tarixin ildönümü kimi qeyd edir - Dini konfessiya rəhbərləri
Xaricdə yaşayan narkotacirlər üçün narkokuryerlik edən 6 nəfər saxlanılıb (FOTO/VİDEO)
Qrafik dizaynerlərin işini asanlaşdıracaq vebsaytlar
Avropa Parlamentinə yeni sədr seçilib
Uşaq bağçalarının Təhsil Nazirliyinə təhvil verilmə prosesi davam edir - RƏSMİ
Bu gün Yerin yaxınlığından asteroid keçəcək
Bərdədə sənədsiz silahlar müsadirə olunub
ANAMA-nın sədr müavini təmizləmə əmliyyatlarının aparıldığı sahələr üzrə əraziləri açıqlayıb (ÖZƏL)
İğdır-Naxçıvan qaz kəməri layihəsinin büdcəsi açıqlanıb
Sabah Moskvada Rusiya və İran prezidentlərinin görüşü olacaq
Bütün xəbərlər