...

Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyun 2018 12:19 (UTC +04:00)
Vüqar Babayev Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru təyin olunub
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat

Bakı. Hüseyn Vəliyev - Trend:

Vüqar Babayev Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru təyin olunub.

Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

V.Babayev bundan əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının “Yüksək Texnologiyalar Parkı”nın direktoru işləyib.

Qeyd edək ki, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin elmi-tədqiqat institutları tərəfindən 2015-ci ildən 23 proqram üzrə tədqiqat işlərinin reallaşdırılmasında 96 tematik plan təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti