...

Dövlət büdcəsinə gömrük daxilolmaları 30 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Avqust 2018 12:51 (UTC +04:00)
2018-ci ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) dövlət büdcəsinə 1,94 milyard manat köçürüb
Dövlət büdcəsinə gömrük daxilolmaları 30 faizdən çox artıb

Bakı. Ənvər Məmmədov - Trend:

2018-ci ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) dövlət büdcəsinə 1,94 milyard manat köçürüb ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 30 faizdən çoxdur.

Trend bu barədə DGK-nin hesabatına istinadən məlumat verir.

İyul ayı üzrə büdcə köçürmələr 322,16 milyon manat təşkil edib. Ötən ay büdcəyə daxilolmalar gömrük rüsumlarından 85,95 milyon manat, ƏDV-dən 214,51 milyon manat, aksizlərdən 18,25 milyon manat, yol vergisindən 3,45 milyon manata bərabər olub.

2017-ci ilin iyul ayı ilə müqayisədə gömrük rüsumlarından daxilolmalar 40,3 faiz, ƏDV-dən 16,3 faiz, aksizlərdən 2,3 dəfə, yol vergisindən 23,3 faiz artıb.

Qeyd edək ki, 2018-ci il üçün dövlət büdcəsinə gömrük daxilolmaları üzrə proqnoz 3,215 milyard manat təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti