...

Repik: Rusiya və Azərbaycan arasında əlaqə iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən strateji tərəfdaşlıq əlaqəsidir (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Sentyabr 2018 17:34 (UTC +04:00)
Rusiya və Azərbaycan arasında əlaqə - iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən strateji tərəfdaşlıq əlaqəsidir.
Repik: Rusiya və Azərbaycan arasında əlaqə iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən strateji tərəfdaşlıq əlaqəsidir (YENİLƏNİB)

İlk xəbər saat 11:17-də yayımlanıb

Bakı. İlkin Şəfiyev - Trend:

Rusiya və Azərbaycan arasında əlaqə - iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən strateji tərəfdaşlıq əlaqəsidir.

Trend-in məlumatına görə, bunu Rusiya-Azərbaycan İşgüzar Şurasının rəhbəri Aleksey Repik Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində keçirilən Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar şuralarının genişləndirilmiş iclasında deyib.

A.Repik deyib: “Hazırda iki dövlətin icra hakimiyyətləri sahibkarların rahat, maneəsiz qarşılıqlı fəaliyyətinin təmin olunmasını qarşıya hədəf qoyub”.

Onun sözlərinə görə, Şura ikitərəfli iqtisadi münasibətlərin inkişaf töhfə verməkdə davam edəcək:

“Bizim qarşımızda böyük hədəf dayanıb – iki dövlətin liderlərinin göstərişlərini praktiki müstəviyə yönəltmək. Hesab edirəm ki, ikitərəfli layihələrin reallaşdırılmasına tez-tez və şəxsi görüşlərdən başqa heçnə daha çox əlavə təkan verə bilməz. Azərbaycan tərəfi bizi bu iclasa dəvət etməklə bu cür imkan təklif etdi”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti