...

"Deloitte" Azərbaycan şirkəti Fast-Track Akselerasiya proqramına dəstək verəcək (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Oktyabr 2018 17:14 (UTC +04:00)
Fast-Track Akselerasiya proqramının icrası üçün əməkdaşlığa dair memorandum imzalanıb.
"Deloitte" Azərbaycan şirkəti Fast-Track Akselerasiya proqramına dəstək verəcək (FOTO)

Bakı. Trend:

"Deloitte" Azərbaycan şirkəti və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkı (“YT Park” MMC) arasında Fast-Track Akselerasiya proqramının icrası üçün əməkdaşlığa dair memorandum imzalanıb.

"Deloitte"dən Trend-ə verilən məlumata görə, sənədi şirkətin Azərbaycandakı ofisinin İdarəedici Partnyoru Nuran Kərimov və “YT Park” MMC-nin direktoru Tural Kərimli imzalayıblar.

Sənədə əsasən "Deloitte" şirkəti Fast-track akselerasiya proqramına qoşulur və akselerasiyada seçilmiş layihələrin qiymətləndirilməsi, layihə iştirakçılarına mentor və təlim xidmətlərinin verilməsi kimi xidmətlər göstərəcək. Məlumat verək ki, Yüksək Texnologiyalar Parkının “Fast Track - startap akselerator” layihəsi şəxsi biznesini qurmaq üçün düzgün yanaşma və lazımi təcrübə əldə etmək istəyən startap layihələrin sürətli inkişafını dəstəkləyən proqramdır.

Deloitte Azərbaycanın İdarəedici partnyoru N.Kərimov bu anlaşmanı dəyərləndirərək bildirmişdir ki, qurulan əməkdaşlıq sayəsində startapların uğurlu fəaliyyət göstərməsi üçün Deloitte şirkəti öz peşəkar dəstəyini əsirgəməyəcək. Dünyanın qabaqcıl konsaltinq şirkəti sayılmaqla Azərbaycanda sürətlə yaranmaqda olan startap ekosisteminə töhvə verməsi Deloitte-un qlobal siyasətinə uyğundur.

Deloitte audit, vergi, hüquq və konsaltinq sahəsində peşəkar xidmətlər təklif etməklə, dünyanın aparıcı şirkətlərindən biridir. Artıq on beş ildən artıq müddətdir ki, Deloitte, Azərbaycan bazarında müvəffəqiyyətlə fəaliyyət göstərir və hal-hazırda Deloitte Bakı ofisində 120 nəfərdən artıq işçi çalışır

Məqalədə:
Xəbər lenti

Xəbər lenti