...

VTB (Azərbaycan) onlayn rejimdə bank əməliyyatları üzrə tarifləri endirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2018 18:47 (UTC +04:00)
Bank VTB (Azərbaycan) internet və mobil bank vasitəsilə aparılan bir sıra əməliyyatlar üçün tarifləri aşağı salıb.
VTB (Azərbaycan) onlayn rejimdə bank əməliyyatları üzrə tarifləri endirib

Bakı. Trend:

Bank VTB (Azərbaycan) internet və mobil bank vasitəsilə aparılan bir sıra əməliyyatlar üçün tarifləri aşağı salıb.

Bankdan Trend-ə verilən məlumata görə, dollar, avro, İsveçrə frank və funt sterlinq valyutalarının mübadiləsi üzrə komissiya haqqı 0,8%-dən 0,2%-dək endirilib, rus rublu üçün isə tamamilə ləğv edilib. Bundan başqa onlayn kanallar vasitəsilə digər bankdakı hesaba rus rublunda olan vəsaitin köçürülməsi üzrə komissiya 0,15%-ə düşüb.

VTB-nin (Azərbaycan) pərakəndə biznesin inkişafı departamentinin direktoru Dmitri Qalaşev bildirib:

“Müştərilərimiz arasında onlayn ödənişlər getdikcə populyarlaşır. Bank VTB (Azərbaycan) tərəfindən təklif olunan etibarlı və rahat məsafəli xidmət kanalları istifadəçilərə tez və asan şəkildə bank əməliyyatlarını həyata keçirməyə imkan verir. İndi bu daha sərfəli şərtlərlə mümkündür. Biz gələcəkdə də mobil və internet bankımızın imkanlarını genişləndirmək niyyətindəyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti