Bakı. Sara İsrafilbəyova - Trend:
Azərbaycanın Türkiyə iqtisadiyyatına investisiyaları 14,3 milyard dollar təşkil edib ki, bunlardan 12,8 milyard dolları neft sektoruna, 1,5 milyard dolları qeyri-neft sektoruna yerləşdirilib.
Trend-in məlumatına görə, bunu Bakıda keçirilən Azərbaycan-Türkiyə biznes forumunda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrini icra edən Yusif Abdullayev deyib.
Onun sözlərinə görə, Türkiyənin Azərbaycan iqtisadiyyatına investisiyaları 11,8 milyard dollar, o cümlədən neft sektoruna 9,1 milyard dollara bərabər olub.
Son illər ölkədə keçirilmiş islahatlardan danışan Y.Abdullayev qeyd edib ki, bu islahatlar sayəsində istehsalat və qeyri-neft məhsullarının ixracı artıb:
“Dövlət sahibkarlara sərgilərdə iştiraka kömək etməklə, güzəştlər təqdim etməklə, ticarət evləri açmaqla və digər tədbirlər keçirməklə dəstək göstərir”.