...

Almaniya hansı sahələrdə Azərbaycanla əməkdaşlıq etmək istəyir? (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Yanvar 2019 14:47 (UTC +04:00)
Almaniya Azərbaycanla enerji, tikinti, kənd təsərrüfatı, turizm, eləcə də peşəkar-texniki hazırlıq sahələrində əməkdaşlığın böyük perspektivlərini görür
Almaniya hansı sahələrdə Azərbaycanla əməkdaşlıq etmək istəyir?  (FOTO)

Bakı. Sara İsrafilbəyova - Trend:

Almaniya Azərbaycanla enerji, tikinti, kənd təsərrüfatı, turizm, eləcə də peşəkar-texniki hazırlıq sahələrində əməkdaşlığın böyük perspektivlərini görür.

Trend-in məlumatına görə, bunu Bakıda Azərbaycan-Almaniya yüksək səviyyəli işçi qrupunun səkkizinci iclası çərçivəsində Almaniya İqtisadiyyat və Energetika Nazirliyinin Xarici iqtisadiyyat şöbəsinin rəhbəri Ekhard Frants jurnalistlərə deyib.

O bildirib ki, hazırda, əsasən enerji sektorunda danışıqlar aparılır:

“Almaniya qaz tədarükünün şaxələndirilməsi üzərində işləyir və “Cənub Qaz Dəhlizi” bunda vacib rol oynayacaq”.

E.Frants əlavə edib ki, digər müzakirə olunan məsələ peşəkar-texniki hazırlıq mövzusudur:

“Bu, Almaniyanın uğurlu iqtisadiyyatının əsas amilidir, çünki yüksək ixtisaslı mütəxəssislərdən çox şey asılıdır. Biz ümid edirik ki, bu sahədəki təcrübəmiz Azərbaycan üçün səmərəli olacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti