...

İstanbulda yeni dəmiryol istifadəyə verildi - "Marmaray"a birləşdiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Mart 2019 14:16 (UTC +04:00)
Türkiyənin İstanbul şəhərində 76,6 km uzunluğa malik yeni Halqalı-Qəbzə dəmiryolu istifadəyə verilib.
İstanbulda yeni dəmiryol istifadəyə verildi - "Marmaray"a birləşdiriləcək

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin İstanbul şəhərində 76,6 km uzunluğa malik yeni Halqalı-Qəbzə dəmiryolu istifadəyə verilib.

Trend-in məlumatına görə, yeni dəmir yolu sahəsi Marmaray dəmiryol tunelinə inteqrasiya olunacaq. Halqalı-Qəbzə dəmiryolunun tikintisi çərçivəsində ümumilikdə 38 yeni dəmiryol stansiyası inşa olunub.

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib ki, Halqalı-Qəbzə dəmiryol xəttinin istismara verilməsi sərnişindaşımanın artmasına imkan verəcək. Gündəlik olaraq bu xətt üzrə 1 milyon sərnişin daşımaq mümkün olacaq.

Qeyd edək ki, 2020-2021-ci illərdə Türkiyədə nəqliyyat və infrastruktur layihələrinin həyata keçirilməsinə 64,275 milyard lirə ayrılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti