AccessBank-da əmanət yerləşdirməyin əsl vaxtıdır!

AccessBank-da əmanət yerləşdirməyin əsl vaxtıdır!

Bakı. Trend:

İyunun 18-dən etibarən AccessBank "Pulu gətir, Polo götür" adlı əmanət kampaniyasına start verib. Kampaniya və ümumiyyətlə əmanətlərlə bağlı suallara AccessBank-ın Korporativ bankçılıq və Marketinq üzrə icraçı direktoru Günay Cəlilova cavablandıracaq.

- Günay xanım, maraqlı adı ilə seçilən kampaniyanın əsas özəlliyi nədədir?

- AccessBank olaraq biz hər zaman çalışmışıq ki, kampaniyalarımız fərqli və müştərilər üçün faydalı olsun. Hesab edirəm ki, bu kampaniyamız da əvvəlkilər kimi müştərilər üçün maraqlıdır. Bunu bugünə olan nəticələrdən də görürük. Kampaniyamızın əsas məqsədi əmanətçilərə yalnız faiz gəliri deyil, eyni zamanda avtomobil də qazanmaq imkanı verməkdir. Avqustun 31-dək AccessBank-da açılan əmanətlərin hər 5000 AZN məbləği müştərilərə keçirilən lotereyada 1 iştirak hüququ verir. Yəni, 10 000 AZN əmanət açan müştəri 2 iştirak hüququ qazanacaq, və s. Lotereyanın əsas uduşu Volkswagen Polo avtomobilidir. Lakin hədiyyələrimiz bununla bitmir. Bundan başqa, lotereyada iştirak edən doqquz nəfər balansında 500 AZN olan Mastercard Black Edition ödəniş kartına sahib olacaq.

Kampaniyamız yalnız əmanətçiləri əhatə etmir, sosial şəbəkə istifadəçiləri də bu kampaniyadan heç bir vəsait yatırmadan yararlana bilər. Bunun üçün baş ofisimizin qarşısındakı avtomobil stendi ilə foto çəkib sosial şəbəkədə paylaşmaq kifayətdir. “Şəkildəsən Şəkidəsən” aksiyamız çərçivəsində 2 nəfər Marxal Resort Hoteldə istirahət etmək imkanı əldə edəcək.

- Kampaniya artıq bir aydan çoxdur başlayıb. Müştərilərin göstərdiyi maraq gözləntilərinizi doğrulda bilib?

- Rəqəmlərin təhlili göstərir ki, kampaniya gözləntilərimizi artıqlaması ilə doğruldur. Sevindirici haldır ki, paytaxtla yanaşı regionlardakı müştərilərimiz də aktivliyi ilə seçilir.
Ümumiyyətlə, 2019-cu ildə AccessBank əmanətlərin cəlb edilməsində rekord nəticələr əldə edib. Belə ki, bu ilin ilk yarısında əmanət portfelimiz 615 milyon manatı ötüb ki, ötən ilin analoji dövrü ilə müqayisədə 114 milyon manatlıq artımdan xəbər verir. Yeri gəlmişkən, bankın tarixində ilk dəfə olaraq portfelimiz bu səviyyəyə yüksəlib.

- İlin əvvəlindən bazardakı ümumi əmanət portfelinin kiçik artım nümayiş etdirdiyi bir vaxtda, AccessBank-ın portfeli əhəmiyyətli dərəcədə artıb. Bunu nə ilə izah edə bilərsiniz?

- Artıq uzun müddətdir bankımızın əmanət portfelinin artması ənənəvi hal alıb. Bu isə müştərilərimizin banka olan inamını göstərir. Yeri gəlmişkən, bu yaxınlarda komandamız tərəfindən əmanət məhsulu ilə bağlı kompleks sorğu aparıldı. Sorğunun nəticəsi bizi çox sevindirdi, belə ki əksər respondentlər əmanət yerləşdirərkən ilk öncə AccessBank haqqında düşünürlər. Maraqlıdır ki, sorğumuzda iştirak edənlərin əksəriyyəti bankımızın müştərisi deyil. Respondentlərin çoxu bildirib ki, əmanət yatırarkən onlar üçün bankın dayanıqlılığı, nüfuzlu təsisçilərin olması, şəffaf fəaliyyəti və xidmət keyfiyyəti əsas meyarlardır. Məmnuniyyətlə qeyd etmək istərdim ki, bunların hər biri AccessBank-da var və bu səbəbdən minlərlə əmanətçi bizi seçir. Bankın mövqeləşdirilməsi üzrə apardığımız strategiyanın planlaşdırdığımız kimi qəbul olunmasını görmək komanda olaraq bizə çox xoşdur.

- Ümumiyyətlə, əmanət faizləri son dövrdə necə dəyişib?

- Artıq insanlar maliyyə cəhətdən daha məlumatlıdır, bazardakı təklifləri müqayisə edərək seçirlər. Yalnız yüksək faizə görə qərar vermirlər. Banklar da devalvasiyadan sonra risklərə daha çox önəm verməyə başlayıb. Artıq əmanətçiləri cəlb etmək üçün yüksək faizlər əvvəlki qədər böyük rol oynamır. Bundan əvvəl qeyd etdiyim faktorlar ön plana çıxıb. Qısaca, hər iki tərəfdə müsbət tendensiyalar müşahidə olunur. Bu isə ümumilikdə ölkədəki bank sektorunun inkişafı üçün çox faydalıdır. Əmanətlərin dövlət tərəfindən sığortalanması da həm əmanətçilərin banklara olan inamının güclənməsi, həm də milli valyutada olan əmanətlərin artımına müsbət təsir edib. Sorğumuzun iştirakçılarının böyük hissəsi vəsaitlərini banklara etibar etdiklərini qeyd edib.

- Texnoloji yeniliklərin əmanət müştərilərinə hər hansı bir təsiri var?

- Hazırda bizim myAccess onlayn bankçılıq tətbiqimizdən müştərilərimiz əmanət üçün müraciət edə bilər, bu isə filialda açılma prosesini olduqca tez və rahat edir. Yaxın zamanda ümumiyyətlə filiala gəlmədən əmanət hesablarınn açılması imkanının təqdim edilməsini nəzərdə tutmuşuq. Prosesin kütləvi tətbiqinin sürətinə elektron imzanın tələb olunması təsir göstərir, lakin yeni nəsil vəsiqələrə keçilməsi bu prosesi getdikcə asanlaşdıracaq.

- Əməliyyatların onlayn platformaya keçməsi filialların işinə necə təsir edəcək?

- Bu proseslər paralel gedir və bankın onlayn platformada iştirakı artdıqca filiallarımızın əməliyyat yükü də azalır. Lakin bu birdən-birə olmur və bunun üçün uzun müddət lazımdır. Məsələn, bizim keçirdiyimiz əmanət sorğusunda müştərilərin 15%-i əmanət yerləşdirərkən canlı ünsiyyətə də əhəmiyyət verdiklərini xüsusi qeyd ediblər. Bu heç də kiçik göstərici deyil. Bacardığımız qədər müştərilərimiz üçün rahat olmalıyıq. Ümumiyyətlə, rəqəmsal bankçılığa keçid əməkdaşlarımızın texniki proseslərə deyil, müştərilərə diqqət yetirməsinə şərait yaradacaq. Artıq filial əməkdaşı daha çox bank məsləhətçisi funksiyası daşıyacaq.

- Hər hansı yeni əmanət məhsulu buraxmaq fikriniz var?

- Biz daima əmanət portfelimizin tərkibini təhlil edirik. Müştərilərin davranışını və onların bu və ya digər məhsullara olan tələbatını izləyirik. Əksinə deyərdim ki, mövcud əmanətlərin şərtlərinə dəyişikliklər edərək, az sayda lakin müştərilərə tam uyğun olan məhsullar təqdim etməyi planlaşdırırıq. Məqsədimiz müştərinin vaxtının çox alınmamasıdır. Çox seçim vermək həmişə yaxşı deyil. Bu səbəbdən müşahidələr və sorğular keçirərək seçim və xidmət prosesini tezləşdirməyə çalışırıq. Təsəvvür edin ki, 10 əmanət məhsulumuz olsa, müştəri hər birinin şərtləri ilə tanış olub qərar verməlidir. Bəzən isə seçim yalnız bir bankın məhsulları arasında edilmir, əlavə olaraq digər banklarla da müqayisədə aparılır. Ona görə əmanətlərimizi mümkün qədər aydın və müştərilər üçün faydalı etməyə çalışırıq. “Pulu gətir, Polo götür” kampaniyamız da məhz bu yanaşmaya uyğun hazırlanılıb.

Əmanət yerləşdirmək istəyən müştərilər çox gözləməsin, bu ayın sonunadək kampaniyamızda iştirak etsinlər. Çünki indi əmanət yerləşdirməyin əsl vaxtıdır!

Ermənistan vətəndaşları Qarabağdakı zənginlər uğrunda ölməməlidir - Erməni jurnalist
Ermənistan vətəndaşları Qarabağdakı zənginlər uğrunda ölməməlidir - Erməni jurnalist
Rusiyanın Qarabağı öz tərkibinə qatmaq kimi ekzotik fikri yoxdur - Lavrov
Rusiyanın Qarabağı öz tərkibinə qatmaq kimi ekzotik fikri yoxdur - Lavrov
Qarabağda atəşkəs pozuntuları qeydə alınmayıb - Rusiya MN də erməni KİV-in iddialarını təkzib etdi
Qarabağda atəşkəs pozuntuları qeydə alınmayıb - Rusiya MN də erməni KİV-in iddialarını təkzib etdi
Loading Bars
Xəbər lenti
İngiltərə Premyer Liqası: "Liverpul" 68 matçlıq məğlubiyyətsiz seriyasını dayandırıb
Türkiyədə son sutkada koronavirusdan 6 113 nəfər sağalıb
Şahbuzda zəlzələ qeydə alınıb
Türkiyə XİN: Azərbaycan ilə Türkmənistan arasında imzalanan Anlaşma Memorandumunu məmnuniyyətlə qarşılayırıq
Böyük Britaniyada gün ərzində 1,3 min insan COVID-19-dan ölüb
Azərbaycan və Fransa XİN başçıları telefonla danışıblar
Gəncədə ev yanıb
Azərbaycan və Türkmənistan XİN rəhbərləri arasında görüş keçirilib
Azərbaycan Ordusunun əsgəri mina partlayışı nəticəsində həlak olub
Xarici İşlər naziri Ceyhun Bayramov Türkmənistan Prezidenti tərəfindən qəbul olunub
Ceyhun Bayramov Türkmənistana səfəri çərçivəsində bir sıra görüşlər keçirib
Bakıda fərdi evdə baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Xəzərdə DOSTLUQ qalib gəldi - Prezident İlham Əliyev yeniliklərin olacağını anons etmişdi
Pandemiya dövründə Azərbaycanda cinayətkarlıq hansı səviyyədə olub? - MÜQAYİSƏ
TANAP vasitəsilə 9 milyard kubmetrdən çox qaz nəql edilib
Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan DİN-in çavuşu (FOTO)
Nazirlər Kabineti yaşayış yeri olmayan prokurorluq işçilərinə verilən kompensasiyaya dair Qərar verib
Ermənistanda daxili gərginlik dərinləşir - Əsgər anaları Qarabağda xidmətə etiraz edir
Azərbaycan və Türkmənistan əməkdaşlığının inkişafı regionun iqtisadi rifahına xidmət edir - Naqif Həmzəyev
Baytarlıq preparatlarının heyvandarlıqda istifadəsinin elmi qiymətləndirilməsi həyata keçirilib
Şuşa artıq etibarlı əllərdədir - Elşən Musayev
Kəlbəcər rayonunun Kəndyeri kəndi (FOTO/VİDEO)
Fransada fövqəladə vəziyyət payızadək uzadıla bilər
"Azernews" qəzeti: Ermənistanın otuz illik işğal zamanı Azərbaycana qarşı törətdiyi ekoloji terror
8 prokurorluq əməkdaşı cəzalandırılıb, 2-si vəzifəsindən azad edilib
Ermənistanın növbəti YALANI:Terrorçuları hərbi əsir kimi qələmə verməyə çalışırlar
Azərbaycan SOCAR-ın səhmlərini satmağı planlaşdırmır - Mikayıl Cabbarov
Bu ölkələrdən quş və quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyuldu
14 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb (FOTO/VİDEO)
Bakı şəhər prokurorluğu orqanları əməliyyat müşavirəsi keçirib
“Dostluq” yatağı Azərbaycanla Türkmənistan arasında qardaşlığın rəmzinə çevrilir
Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib (FOTO)
"Reza Deqhati, günümüzün şahidi, Azərbaycanla bağlı xatirələr" adlı vebinar keçirilib (FOTO)
ADU-nun şəhid tələbəsi haqqında kitab çap olunub
Paşinyanın etirafı bəzi erməni rəsmilərinin Şuşanın onlara məxsus olması barədə cəfəng fikirlərini alt-üst etdi - Tural Gəncəliyev
Ağır yaralanan qazimiz şəhid oldu (FOTO)
"Dostluq" layihəsi Azərbaycanın neft-kimya sənayesinin inkişafına xidmət edəcək - Metyu Brayza
20 Yanvar faciəsi ilə bağlı məlumatlar yapon dilində təqdim olunub
Milli Məclisin Səhiyyə komitəsi iş planını açıqladı
Azərbaycanda 770 nəfər COVID-19-dan sağalıb, 218 nəfər yoluxub, 9 nəfər vəfat edib
Gəncədə “COVID-19”-a qarşı vaksinasiya prosesinə başlandı (FOTO)
Vətən müharibəsində 65 mədəniyyət işçisi döyüşlərə qatılıb, 8-i şəhid olub
Filippin və İndoneziyada güclü zəlzələ olub
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
"Dostluq" yatağı ilə bağlı memorandum tarixi əhəmiyyət daşıyır - Deputat
Türkmənistan və Azərbaycan iki müstəqil dövlət kimi münasibətləri ardıcıl olaraq inkişaf etdirirlər - Qurbanqulu Berdiməhəmmədov
Azərbaycanın Belarusdakı səfirliyində 20 Yanvar faciəsi anılıb (FOTO)
Unibank müştəriləri üçün vacib məlumat!
"Dostluq" yatağı Azərbaycanla birgə iş üçün yeni imkanlar açır - Qurbanqulu Berdiməhəmmədov
Prezident İlham Əliyev: Azərbaycan ilə Türkmənistan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq daha yüksək səviyyəyə çatacaq
Prezident İlham Əliyev: Anlaşma Memorandumunun imzalanması çoxillik gərgin fəaliyyətinin nəticəsidir
Prezident İlham Əliyev: Xəzərin qorunması üzrə birgə fəaliyyət üçün ölkələrə yeni imkanlar açan Konvensiya razılaşdırılıb
Bakıda küçədən tapılan 12 yaşlı qız ailəsinə verildi
Bəzi mövzular üzrə suallar buraxılış və qəbul imtahanlarına daxil edilməyəcək - SƏBƏB
Şagirdlərin qış tətilinin vaxtı açıqlandı
Azərbaycan Prezidenti: Xəzər mehriban qonşuluq dənizi, əməkdaşlıq dənizidir
Prezident İlham Əliyev: Bu Memorandumu imzalamağımız əlamətdar hadisədir, onun müsbət nəticələri olacaq
Virtual dərslərə qoşula bilməyən şagirdlər də qiymətləndirmədə iştirak etməlidirlər - RƏSMİ
Qiymətlərindən narazı qalan şagirdlər apelyasiyaya müraciət edə bilərlər - Təhsil Nazirliyi
Azərbaycan Prezidenti: Anlaşma Memorandumu Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır
Füzuli rayonunun Dördçinar kəndi (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır
Tədris distant formada olubsa, biliklər də bu formada qiymətləndirilməlidir - Nazirlik rəsmisi
Masallıda ev yanıb
Vətən müharibəsində 2 858 şəhidin şəxsiyyəti müəyyən edilib - Hərbi prokuror
Hindistanda vaksin istehsal olunan institutda yanğın baş verib
Ötən il 19 nəfər hərbi prokurorluq işçisi məsuliyyətə cəlb edilib
Azərbaycanda baş verən hərbi xidmət əleyhinə olan cinayətlər 47,6% azalıb - Xanlar Vəliyev
Azərbaycan dünya təcrübəsinə əsaslanaraq idman zallarını aça bilər - Əməkdar idman ustası
“YAŞAT” Fondu tərəfindən şəhid və qazi ailələri tibbi müayinələrdən keçirilib (FOTO)
Qadın idman gimnastikası üzrə yığma komandaya yeni baş məşqçi təyin olundu
Məcburi köçkünlər tezliklə doğma yurdlarına qayıdacaqlar - Dövlət komitəsi
20 yanvar günü evini tərk edən 2 koronavirus xəstəsinə cinayət işi başlandı
Postlardan keçməyə cəhd edən 2 315 avtomobil geri qaytarılıb, 3 nəfər həbs edilib
İdarəetmədə çevikliyin və səmərəliliyin artırılması hədəflərə qısa zamanda çatmağı stimullaşdıracaq - Vüqar Rəhimzadə
SOCAR AVIATION Adnan Menderes hava limanında yanacağı öz məntəqəsindən təmin etməyə başlayıb
Neftçalada peyvəndlənmə ilə bağlı hazırlıq işləri yekunlaşıb (FOTO)
Azərbaycanda portağal sahələrinin güzəştli sığortası başlandı
SOCAR AVIATION təyyarələri üçün yanacağı öz məntəqəsindən təmin etməyə başlayıb
Dövlət Reklam Agentliyi “ARTREKLAM”ın kreditorlarına müraciət edib
İranda bir gündə 93 nəfər koronavirusdan ölüb
Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağının birgə işlənməsinə dair Memorandum imzalanıb
Azərbaycan Bakı-Tbilisi-Ərzurum kəməri ilə qaz ixracını artırıb
Qarabağ qazisi ölümdən necə xilas oldu? - Trend TV cərrahi əməliyyatın görüntülərini təqdim edir (VİDEO)
"Dostluq" yatağı ilə bağlı memorandum Azərbaycan-Türkmənistan münasibətlərində yeni səhifədir - SOCAR
Dillər Universitetində Çin dili üzrə metodik seminar keçirilib
ƏDV faizlərini geri alanlar üçün ikiqat qazanc!
“Qafqazda ərəbcə məktubat ənənəsi nümunələri (XIX-XX əsrlər)” kitabı nəşr olunub
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Bağdadda 3 il sonra ilk partlayış - Ölü sayı artır (YENİLƏNİB)
Türkiyəli mütəxəssislər Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib (FOTO)
ƏDV-ni geri alan BirBank istifadəçiləri Visa-dan əlavə pul qazana bilərlər!
Şuşada erməni kilsəsi olmayıb - Tarixi FAKTLAR (FOTO)
Ənənəvi təhsil nə zaman bərpa olunacaq? - AÇIQLAMA
Vətən müharibəsində iştirak etdiyinə görə təltif olunan 57 dəmiryolçu
Azərbaycan nefti bahalaşıb
Kürdəmirdə 18 kilometrlik yolun yenidən qurulması yekunlaşır (FOTO)
Azad olunmuş ərazilərimizdə dronlarla monitorinq aparılacaq
SOCAR hava şəraiti ilə əlaqədar platformalarda açıq sahələrdə işləri dayandırıb
Azərbaycanda şəhid ailələrinin üzvlərinə yeni imkanlar yaradılır
Bütün xəbərlər