...

Yeddi il ərzində “ASAN Xidmət” mərkəzlərinə 35 milyon dəfə müraciət edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Dekabr 2019 12:48 (UTC +04:00)
“ASAN Xidmət” mərkəzlərində vətəndaşların 35 milyon müraciəti qeydə alınıb
Yeddi il ərzində “ASAN Xidmət” mərkəzlərinə 35 milyon dəfə müraciət edilib

Bakı. Nərgiz İsmayılova - Trend:

“ASAN Xidmət” mərkəzlərində vətəndaşların 35 milyon müraciəti qeydə alınıb.

Trend-in məlumatına görə, bunu Azəbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev 35 milyonuncu müraciətlə əlaqədar tədbir zamanı deyib.

Onun sözlərinə görə, 35 milyonuncu müraciət Ziya İslamov və Leyla İslamova tərəfindən Bakı şəhərindəki 5 nömrəli “ASAN Xidmət” mərkəzinə edilib. Onlar Ədliyyə Nazirliyinin təqdim etdiyi nikah qeydiyyatı xidmətindən yararlanıb.

Ü.Mehdiyev İslamova ailəsinə hədiyyələr təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti