...

Gömrük prosedurlarının müddəti azalsa, dünya iqtisadiyyatı 200 milyard dollar arta bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Dekabr 2019 19:06 (UTC +04:00)
Dövlət Gömrük Komitəsi (DGK) ticarət proseslərinin rəqəmsallaşdırılması və gömrük nəzarətinin rəsmiləşdirilməsi sisteminin təkmilləşdirilməsi istiqamətində fəal iş aparır
Gömrük prosedurlarının müddəti azalsa, dünya iqtisadiyyatı 200 milyard dollar arta bilər

Bakı. Elçin Mehdiyev, Eldar Canaşvili - Trend:

Dövlət Gömrük Komitəsi (DGK) ticarət proseslərinin rəqəmsallaşdırılması və gömrük nəzarətinin rəsmiləşdirilməsi sisteminin təkmilləşdirilməsi istiqamətində fəal iş aparır.

Trend-in məlumatına görə, bunu Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycan ofisinin rəhbəri Aliyə Əzimova Bakıda keçirilən Xarici Ticarət İştirakçılarının 2-ci Respublika Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, bir sıra iqtisadçı ekspertlərin fikrincə, gömrük prosedurlarının keçilmə müddəti azalsa, dünya iqtisadiyyatı ildə 100-200 milyard dollar artacaq.

Onun sözlərinə görə, Azərbaycanda bu fakt nəzərə alınır və gömrük rəsmiləşdirilməsi müddətinin azaldılması üzrə iş aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti