...

Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2020 08:59 (UTC +04:00)
2019-cu ildə Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2018-ci illə müqayisədə 180,628 milyon dollar artaraq 2,033 milyard dollar təşkil edib
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb

Bakı. Rufiz Hafizoğlu - Trend:

2019-cu ildə Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2018-ci illə müqayisədə 180,628 milyon dollar artaraq 2,033 milyard dollar təşkil edib.

Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

2019-cu ilin 12 ayı ərzində Türkiyənin Azərbaycana ixracı 1,639 milyard dollar, Azərbaycandan idxal isə 394,756 milyon dollar olub.

2019-cu ilin dekabrında Türkiyə ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi 2018-ci ilin eyni dövrü ilə müqayisədə 74,087 milyon dollar artaraq 235,485 milyon dollar təşkil edib.

2019-cu ilin dekabr ayında Türkiyənin Azərbaycana ixracı 194,206 milyon dollar, Azərbaycandan idxal isə 41,279 milyon dollar təşkil edib.

Qeyd edək ki, 2019-cu ilin noyabrında Türkiyənin xarici ticarət dövriyyəsi 33,713 milyard dollar olub.

Bu dövr ərzində ixrac 2018-ci ilin dekabrı ilə müqayisədə 6,4 faiz artaraq 14,694 milyard dollara çatıb, idxal isə 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,9 faiz artaraq 19,019 milyard dollar olub.

2019-cu ildə Türkiyənin xarici ticarət dövriyyəsi 374,236 milyard dollara bərabər olub.

Hesabat dövründə ixrac 2018-ci illə müqayisədə 2,1 faiz arataraq 171,531 milyard dollar, idxal 9,1 faiz azalaraq 202,705 milyard dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti