...

"AzerGold" milyon unsiyaya yaxın gümüş ehtiyatı olan sahəni istifadəyə verəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Fevral 2020 13:52 (UTC +04:00)
“AzerGold” QSC 2024-cü ildə Çovdar yatağında yerüstü (sulfid) mərhələ çərçivəsində hasilatı işə salmağa planlaşdırır
"AzerGold" milyon unsiyaya yaxın gümüş ehtiyatı olan sahəni istifadəyə verəcək

Bakı. Eldar Canaşvili - Trend:

“AzerGold” QSC 2024-cü ildə Çovdar yatağında yerüstü (sulfid) mərhələ çərçivəsində hasilatı işə salmağa planlaşdırır.

Trend-in məlumatına görə, bunu “AzerGold” QSC-nin İdarə heyətinin sədri Zakir İbrahimov 2019-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, Çovdar yatağında sulfid mərhələsi üzrə təsdiq olunmuş ehtiyatlar 350 min unsiya qızıl və 925 min unsiya gümüşə bərabərdir.

Z.İbrahimovun sözlərinə görə, hazırda bu istiqamətdə əlavə qazma işləri başa çatdırılıb və indi ehtiyatların hasil olunmasının səmərəliliyi dəyərləndirilir.

Bu ilin sonunadək sulfid mərhələsi üzrə ətraflı texniki-iqtisadi əsaslandırmanın hazırlanması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti