...

Azərbaycanda pambıq istehsalının artımı planlaşdırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyun 2020 23:45 (UTC +04:00)
2019-cu ildə Azərbaycan Sənaye Korporasiyasının törəmə müəssisəsi “Azərpambıq” MMC 80 542 ton pambıq istehsal edib.
Azərbaycanda pambıq istehsalının artımı planlaşdırılır

Bakı. Fidan Babayeva - Trend:

2019-cu ildə Azərbaycan Sənaye Korporasiyasının törəmə müəssisəsi “Azərpambıq” MMC 80 542 ton pambıq istehsal edib.

Bunu Trend-ə Azərbaycan Sənaye Korporasiyasının Aqrar istehsal və ticarət departamentinin direktoru İlham Bayramov deyib.

Onun sözlərinə görə, ötən il 2018-ci illə müqayisədə 24 min ton və ya 40 faiz çox məhsul istehsal edilib.:

“2019-cu ildə pambıqdan olan məhsulun keyfiyyətinin artması da müşahidə edilib. Pambıq emalı prosesi davam edir, bu günədək 26 min ton pambıq lifi istehsal edilib”.

Direktorun sözlərinə görə, bu il 15 rayonda 29 min hektar sahədə pambıq səpini planlaşdırılır. Bu günədək 23 min hektar səpilib. 8 500 hektar sahədə pambıq yetişib.

Xatırladaq ki, ötən il Azərpambıq ASK MMC üzrə orta məhsuldarlığın xeyli artırılmasına nail olunaraq bir hektardan 28 sentnerə çatdıtırıb ki, bu da əvvəlki ilə nisbətən 40% artıqdır. Bu il həmin göstəricinin ən azı 30 sentner olacağı proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti