...

Səfir: Niderland və Azərbaycan dəmiryolu əlaqəsi yarada bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2020 10:51 (UTC +04:00)
Səfir: Niderland və Azərbaycan dəmiryolu əlaqəsi yarada bilər

Bakı. Ləman Zeynalova - Trend:

Niderland və Azərbaycan dəmiryolu əlaqəsinin yaradılması üzərində işləyir.

Bunu Trend-ə Niderlandın Azərbaycandakı səfiri Onno Kervers deyib.

O bildirib ki, dəmir yolu Azərbaycandan keçməklə Venlo şəhərindən Çinə qədər uzanacaq:

“Ümid edirik ki, bu layihəni reallaşdırmağa nail olacağıq”.

Səfirin sözlərinə görə, hazırda Maas çayı üzərində yerləşən Venlo limanı ilə Bakının yeni Ələt limanı arasında əlaqələr mövcuddur:

“Bakı limanının direktoru Taleh Ziyadov personalın tədris üçün Niderlanda yollanmasında maraqlıdır”.

O.Kervers əlavə edib ki, o, Dövlət Gömrük Komitəsi Akademiyasının direktoru ilə əlaqədədir:

“O, Rotterdam limanının gömrüyü ilə əməkdaşlıqda maraqlıdır. Gömrük logistikanı ləngidən nəzarətdir. Əgər gömrük yoxlamasını liman idarəetmə sistemlərinə inteqrasiya etmək mümkün olsa, bu qat-qat səmərəli olacaq və siz yükləri daha sürətlə daşıya biləcəksiniz”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti