...

2021 ilin Cenevrə avtomobil sərgisi təxirə salınır

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyun 2020 06:30 (UTC +04:00)
2021 ilin Cenevrə avtomobil sərgisi təxirə salınır

Bakı. Trend:

Cenevrə Beynəlxalq avtomobil sərgisi 2021-ci ildə koronavirus pandemiyası səbəbindən keçirilməyəcək.

Trend-in İnterfaks-a istinadən verdiyi məlumata görə, bu qərarı sərginin təşkilatçıları qəbul ediblər.

Bildirilir ki, sərgi iştirakçılarının çoxu 2021-ci il şousunda iştirak etməyəcəklərini və 2022-ci ildə iştirak etmək istədiklərini açıqlayıblar. Şou 2021-ci ilin martında baş tutmalı idi.

Daha əvvəl cari ilin yazına planlaşdırılan sərgi də koronavirus ilə əlaqədar olaraq reallaşmayıb.

Xatırladaq ki, Cenevrə avtosərgisi hər il ən böyük dünya avtomobil markalarını təqdim edən dünyanın aparıcı şoularından biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti