...

Türkiyədən Azərbaycana polad ixracı azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Noyabr 2020 09:19 (UTC +04:00)
Türkiyədən Azərbaycana polad ixracı azalıb

Bakı. Trend:

2020-ci ilin yanvar-oktyabr aylarında Türkiyədən Azərbaycana polad ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 18,2 faiz azalaraq 80,254 milyon dollar təşkil edib.

Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Oktyabr ayında Türkiyədən Azərbaycana polad ixracı ötən ilin oktyabrı ilə müqayisədə 31,18 faiz azalıb və 8,631 milyon dollar təşkil edib.

Hesabat dövründə Türkiyənin dünya bazarına polad ixracı 2019-cu ilin yanvar-oktyabr ayları ilə müqayisədə 13,8 faiz azalıb və 10,101 milyard dollara bərabər olub.

2020-ci ilin yanvar-oktyabr aylarında polad ixracı Türkiyənin ümumi ixracının 7,4 faizini təşkil edib.

Qeyd edək ki, son 12 ay ərzində (oktyabr 2019 - oktyabr 2020) Türkiyənin polad ixracı 12,199 milyard dollara bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti