...

Bu ay 8 milyon tibbi maska istehsal olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2020 15:19 (UTC +04:00)
Bu ay 8 milyon tibbi maska istehsal olunacaq

Bakı. Fidan Babayeva - Trend:

Sumqayıt Kimya-Sənaye Parkında yerləşən “Bakı Tekstil Fabriki” MMC dekabr ayında 8 milyon tibbi maska istehsal etməyi planlaşdırır.

Bunu Trend-ə “Bakı Tekstil Fabriki” MMC-nin direktoru Səkinə Babayeva deyib.

Onun sözlərinə görə, müəssisə gündə 400 min tibbi maska istehsal edir:

“Tibbi maskalara tələbat gündən-günə artır. Müəssisədə istehsal olunan maskaların satış qiyməti 12-17 qəpikdir”.

O bildirib ki, fabrik tibbi maskaların gigiyenikliyi və tam sterilliyini təsdiq edən sertifikatın alınması üçün müraciət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti