...

Azərbaycan iqtisadiyyatı iki faiz artıb - Nazir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2021 10:43 (UTC +04:00)
Azərbaycan iqtisadiyyatı iki faiz artıb - Nazir (FOTO)

Bakı. Zeyni Cəfərov - Trend:

2021-ci ilin birinci yarısında Azərbaycanın iqtisadiyyatının artımı 2 faiz təşkil edib.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, ölkənin qeyri-neft sektoru da 5 faizlik artım nümayiş etdirib: "Bütün bu göstəricilər Azərbaycan Prezidentinin təşəbbüsü ilə irəli sürülən iqtisadi şaxələnməni nümayiş etdirir".

Nazir əlavə edib ki, vergi və gömrük daxilolmaları üzrə də artım müşahidə olunur: "Azərbaycan qızıl-valyuta ehtiyatları artmaqda davam edir və bu, iqtisadi artıma əlavə təkan verir".

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti