...

Pakistanlı iş adamları Azərbaycanda sənaye zonalarına sərmayə qoymaqda maraqlıdır - Səfir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Avqust 2021 12:33 (UTC +04:00)
Pakistanlı iş adamları Azərbaycanda sənaye zonalarına sərmayə qoymaqda maraqlıdır - Səfir

Bakı. Sədrəddin Ağcayev - Trend:

Pakistanlı iş adamları Azərbaycanda sənaye zonalarına sərmayə qoymaqda maraqlıdır.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Haye Pirallahı Sənaye Parkı ilə tanış olarkən deyib.

“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Elşad Nuriyev Azərbaycanda fəaliyyət göstərən sənaye parkları və məhəllələri, burada sahibkarlar üçün yaradılmış əlverişli şərait, rezidentlər üçün tətbiq edilən güzəşt mexanizmləri və göstərilən xidmətlər barədə məlumat verib. Hazırda Sənaye Parkında 4 müəssisə rezident kimi qeydiyyatdan keçib, bunlardan 2-si artıq fəaliyyət göstərir. Ümumilikdə, rezidentlər tərəfindən Sənaye Parkına 36,6 milyon manat investisiya yatırılıb, 120 iş yeri yaradılıb. Bundan başqa, rezidentlər tərəfindən yeni layihələrə əlavə olaraq 12 milyon manat investisiyanın qoyulması nəzərdə tutulur.

Azərbaycanın Pakistan üçün dost və qardaş ölkə olduğunu qeyd edən səfir Bilal Haye ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafının əhəmiyyətini vurğulayıb, pakistanlı iş adamlarının Azərbaycanda yaradılmış sənaye zonalarına sərmayə qoymaqda maraqlı olduqlarını diqqətə çatdırıb.

Twitter: agdzhaev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti