...

Azərbaycan və Türkiyə ikitərəfli ticarətdə 4-cü sənaye inqilabı texnologiyalarının tətbiqi imkanlarını araşdıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Avqust 2021 13:56
Azərbaycan və Türkiyə ikitərəfli ticarətdə 4-cü sənaye inqilabı texnologiyalarının tətbiqi imkanlarını araşdıracaq

Trend-i buradan izləyin

Bakı. Zeyni Cəfərov - Trend:

Azərbaycan və Türkiyə ticarətlə əlaqəli proseslərin asanlaşdırılması və rəqəmsallaşdırılması məqsədilə 4-cü sənaye inqilabı texnologiyalarının tətbiqi imkanlarının araşdırmaq barədə razılığa gəlib.

Trend-in məlumatına görə, bu barədə “Azərbaycan Respublikası Hökuməti İlə Türkiyə Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunda deyilir.

Qeyd olunur ki, bu məqsədlə ölkələr tərəfindən bu prosesə blokçeyn, bulud texnologiyaları və süni intellektin cəlb olunması ilə bağlı tədqiqatlar aparılacaq.

Bundan başqa, Azərbaycanla Türkiyə arasında vahid milli pəncərə sistemləri, elektron ticarət standartları yaradılması, rəqəmsal platformalar vasitəsilə gömrük rüsumlarının ödənilməsi və ticarətin aparılması, ixracın və birgə ticarətin təşviqi platformalarının yaradılması imkanlarının öyrənilməsi nəzərdə tutulur.

Bundan başqa, rəqəmsal ticarətin inkişafı vasitəsilə kənd yerlərində yoxsulluğun aradan qaldırılması planlaşdırılır.

Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti İlə Türkiyə Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu təsdiq edib. Sənəd 2021-ci il aprelin 2-də Bakıda imzalanıb.

Twitter: @jafarov_zeyni

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti