...

KOBİA sahibkarlıq fəaliyyəti sahəsində mütəxəssislər üçün yeni layihə işə salır - Orxan Məmmədov

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2021 11:21 (UTC +04:00)
KOBİA sahibkarlıq fəaliyyəti sahəsində mütəxəssislər üçün yeni layihə işə salır - Orxan Məmmədov

Bakı. Sədrəddin Ağcayev - Trend:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlıq fəaliyyəti sahəsində mütəxəssislər üçün yeni layihə işə salır.

Trend-in məlumatına görə, bunu KOBİA-nın İdarə heyətinin sədri Orxan Məmmədov bu gün 2-ci Gənc sahibkarlar forumunda çıxışı zamanı deyib.

"Ölkəmizdə sahibkarlıq fəaliyyətinin səmərəli inkişafı üçün lazımi mexanizmlər yaradılıb və bu işlər təkcə iri şəhərlərdə deyil, həm də regionlarda həyata keçirilir. Bu ilin dekabrından agentlik sahibkarlıq fəaliyyəti sahəsində mütəxəssislər üçün yeni layihə işə salır", - deyə o bildirib.

O.Məmmədov qeyd edib ki, agentlik hər zaman gənc sahibkarların, eləcə də startapçıların inkişfında maraqlı olub.

"Biz gənc mütəxəssislərin müvafiq ixtisasartırma kursları ödənşsiz keçə biləcəyi xüsusi mərkəzlər yaratmışıq. Bu mərkəzlər əsasən, yeni sahibkarlarla strukturlar arasında əməkdaşlığın təmin olunmasına yönəlib. Azərbaycanda bu gün biznes menecerlərin sayı artır, buna GIZ (Almaniya beynəlxalq əməkdaşlıq cəmiyyəti) ilə birgə proqram da kömək edir. Bu gün bu kursları Almaniyada 480 iştirakçı keçib. Həmçinin, bizim onlayn platformamızda resurslarımıza qoşula bilər. Bundan başqa, bizdə elektron ticarət üçün platforma mövcuddur. Bu müddət ərzində 15 sahibkar artıq qrantlarla təmin olunub və müraciətlərin qəbul olunmasının ikinci mərhələsi başlayıb", - O.Məmmədov deyib.

Onun sözlərinə görə, agentlik innovasiya və texnologiya sektoruna böyük önəm verir.

"Biz sahibkarları vergi və rüsumlardan azad edən startap sertifikatları veririk. Bu sertifikatları alanların yarısı gənc sahibkarlardır. Bu günədək KOBİA-ya könüllülük əsasında 360 nəfər qoşulub, onlardan bəziləri artıq müxtəlif sektorlarda fəaliyyət göstərir. Mən bütün gənc iş adamlarını agentliyimizlə əməkdaşlıq etməyə çağırıram", - deyə O.Məmmədov bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti