...

"AzerGold"un ötən il qızıl və gümüş satışından 200 milyon manata yaxın gəliri olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2022 13:10 (UTC +04:00)

Bakı. Nəzrin İsrafilova - Trend:

2021-ci ildə "AzerGold" QSC-nin qızıl və gümüşün satışından gəliri 188,3 milyon manat təşkil edib.

Trend-in məlumatına görə, bunu QSC-nin İdarə heyətinin sədri Zakir İbrahimov 2021-ci ilin yekunlarına və qarşıda duran tapşırıqlara həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu göstərici üzrə gəlirlər illik müqayisədə 0,4 faiz artıb.

Z.İbrahimov qeyd edib ki, ötən il 60 min unsiya qızıl və 133 min unsiya gümüş satılıb.

"Şirkətin beş il ərzində qızıl və gümüş satışından gəlirləri 755 milyon manatı ötüb", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti