...

Özbəkistanda birinci Daşkənd Beynəlxalq İnvestisiya Forumunun açılışı olub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Mart 2022 10:04 (UTC +04:00)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Daşkənd. Trend:

Martın 24-də Özbəkistanda birinci Daşkənd Beynəlxalq İnvestisiya Forumunun açılışı baş tutub.

Trend-in məlumatına görə, tədbirdə bir sıra ölkələrdən, o cümlədən Azərbaycandan iri investisiya, maliyyə-iqtisadi təşkilatlar və şirkətlərin, rəsmi strukturların rəhbərləri və nümayəndələri iştirak edirlər.

Martın 26-dək davam edəcək forumda Özbəkistanda biznesin, nəqliyyat infrastrukturunun, “yaşıl” enerjinin, maliyyə bazarının inkişafı üçün yaradılan şərait, eləcə də turizm, tikinti materialları, tekstil istehsalı, kənd təsərrüfatına investisiyaların cəlb olunması üçün güzəşt və imtiyazlar müzakirə olunacaq. Bundan başqa, forum çərçivəsində investisiya və ticarət sazişlərinin imzalanması mərasimləri keçiriləcək.

Forum zamanı “Mərkəzi Asiyada ticarət axınlarının transformasiyası və onların kapitallaşması”, “İslahatlar keçirilərkən makroiqtisadi sabitliyin dəstəklənməsi” mövzusunda dəyirmi masalar və “Nəqliyyat sistemlərinin rəqəmsallaşdırılması”, “Turizm sektoruna investisiya cəlb olunması perspektivləri”, “Gələcək nəsillər üçün “yaşıl” enerji”, “Ticarətin liberallaşması və iqtisadi inteqrasiya”, “Mərkəzi Asiyanın investisiya potensialı”, “Nəqliyyat-logistika infrastrukturunun inkişafında yeni mərhələ”, “Səhiyyə və əczaçılıq sahəsinin inkişaf perspektivləri mövzusunda panel müzakirələri keçiriləcək”.

Forum çərçivəsində, həmçinin Özbəkistan-Səudiyyə Ərəbistanı hökumətlərarası komissiyasının iclası və Özbəkistan-Çin investisiya forumu təşkil olunub.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti