...

İranın qızıl valyuta ehtiyatlarının həcmi açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Aprel 2022 03:44 (UTC +04:00)
İranın qızıl valyuta ehtiyatlarının həcmi açıqlanıb

Bakı. Trend:

İranın qızıl-valyuta ehtiyatları son bir ildə 57 faiz artaraq 57 milyard dollar təşkil edib.

Trend yeri KİV-ə istinadən xəbər verir ki, bunu İran Mərkəzi Bankının rəhbəri Əli Salehabadi bildirib.

"İranın qızıl-valyuta ehtiyatları 2020-ci il üçün 36,5 milyard dollar, 2021-ci ildə isə 57 milyard dollar təşkil edib", - Ə.Salehabadi bildirib.

Onun sözlərinə görə, ölkənin valyuta bazarında vəziyyət əlverişli və balanslıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti