...

Azərbaycanda fındıq istehsalı və emalı zavodunun açılması planlaşdırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2022 12:22 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın "Agrarco" şirkəti fındıq istehsalı və emalı zavodu açmağı planlaşdırır.

Trend-in məlumatına görə, bunu şirkətin direktoru Cavid Kazımov BMT-nin Ərzaq və Kənd təsərrüfatı Təşkilatı (FAO) ilə "Agrarco" şirkəti arasında əməkdaşlıq və fəaliyyətin koordinasiyası barədə sazişin imzalanması mərasimində deyb.

Onun sözlərinə görə, zavodun istehsal gücü ildə 20 ton olacaq.

"Bundan başqa, ildə yeddi ton fındıq təmizləmək gücündə olan avadanlıq quraşdırmaq planlaşdırılır. Bu zavod beynəlxalq və müasir standartlara uyğun olaraq, müasir texnologiyaların tətbiqi ilə tikilir", - deyə o bildirib

C.Kazımov əlavə edib ki, şirkət 600 hektar ərazidə fındıq, 370 hektar ərazidə meyvə yetişdirir.

"Həmçinin, beş min tona yaxın kənd təsərrüfatı məhsulunun saxlanması üçün anbarlar mövcuddur", - şirkət direktoru deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti