...

"Hyundai" ABŞ-a 5 milyard dollar sərmayə qoyacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 May 2022 15:17
"Hyundai" ABŞ-a 5 milyard dollar sərmayə qoyacaq

Trend-i buradan izləyin

Bakı. Trend:

Cənubi Koreyanın "Hyundai Motor Group" avtomobil şirkəti ABŞ-a daha 5 milyard dollar sərmayə qoyacaq.

Trend xəbər verir ki, bu barədə şirkətin rəhbəri Çon Iy Son ABŞ prezidenti Co Baydenlə görüşü zamanı bildirib.

"Mən şirkətimizin gələcəyi ilə bağlı əlavə investisiyalara diqqət çəkmək istəyirəm. "Hyundai Motor Group" 2025-ci ilə qədər ABŞ-a əlavə 5 milyard dollar sərmayə qoymağı planlaşdırır. Bu investisiyalar robototexnika, süni intellekt və sürücüsüz nəqliyyat vasitələrinin yaradılması kimi sahələrdə Cənubi Koreya korporasiyasının Amerika müəssisələri ilə əməkdaşlığını gücləndirəcək", - o, bildirib.

Şənbə günü şirkət Corciya ştatında 5,5 milyard dollar dəyərində elektrik avtomobili və akkumulyator istehsalı müəssisəsinin tikiləcəyini elan edib. Zavodda kommersiya istehsalına başlanması 2025-ci ilə planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti