...

Regiondakı mövcud geosiyasi vəziyyətlə əlaqədar Orta Dəhlizin əhəmiyyəti artmaqdadır

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2022 12:11 (UTC +04:00)
Regiondakı mövcud geosiyasi vəziyyətlə əlaqədar Orta Dəhlizin əhəmiyyəti artmaqdadır
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Regiondakı mövcud geosiyasi vəziyyətlə əlaqədar Orta Dəhlizin əhəmiyyəti artmaqdadır.

Trend-in məlumatına görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə heyətinin sədri Fərid Şəfiyev Azərbaycanla Qazaxıstan arasında diplomatik münasibətlərininin qurulmasının 30 illiyi və Azərbaycan-Qazaxıstan Ekspert Şurasının yaradılması ilə bağlı dəyirmi masa zamanı deyib.

"Azərbaycanla Qazaxıstanın gündəliyində çoxlu yeni məsələlər dayanır. Çindən Avropaya yol olan Orta Dəhliz kimi təşəbbüslərdən biri mövcud gündəlikdə böyük rol oynayır. Xüsusilə regiondakı mövcud geosiyasi vəziyyətlə əlaqədar Orta Dəhlizin əhəmiyyəti artmaqdadır", - deyə o bildirib.

Onun sözlərinə görə, artıq gömrük prosedurlarının sadələşdirilməsi barədə sazişlər mövcuddur və gələcək inkişaf üçün potensial var.

F.Şəfiyev vurğulayıb ki, Azərbaycanla Qazaxıstan arasında sıx əməkdaşlıq fəal şəkildə inkişaf etməlidir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti