...

Mərkəzi Bank nağdsız ödənişlərin genişləndirilməsi işlərini davam etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyun 2022 10:22 (UTC +04:00)
Mərkəzi Bank nağdsız ödənişlərin genişləndirilməsi işlərini davam etdirir
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı nağdsız ödənişlərin genişləndirilməsi məqsədilə iri layihələr reallaşdırıb və bu işlər bu gün də davam edir.

Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın baş direktoru Fərid Osmanov Bakıda maliyyə texnologiyaları sammitində deyib.

"2022-ci ilin iyunun 1-ə olan vəziyyətə görə, Azərbaycanda 12,4 miyon bank kartı qeydiyyata alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz çoxdur. Nağdsız ödənişlər 2,1 dəfə artaraq 8,1 milyard manata çatıb, ümumi dövriyyədə artım 12 faiz təşkil edib. Elektron kommersiyanın payına 6 milyard manat düşüb", - deyə o bildirib.

O, həmçinin əlavə edib ki, Mərkəzi Bankın 2025-ci ilədək yol xəritəsinə uyğun olaraq maliyyə texnologiyası layihələri ilə əməkdaşlığın genişləndirilməsi, ilin sonunadək bu sahədə bir sıra qanunların qəbul edilməsi planlaşdırılır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti