Bakı. Trend:
Bakıda sərgilərin keçirilməsi kiçik və orta müəssisələr tərəfindən istehsal edilən məhsul və xidmətlərin tanıdılmasında böyük rol oynayır.
Trend-in məlumatına görə, bunu çərşənbə günü 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” Rebuild Karabakh, 27-ci Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild” ə 14-cü Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku” sərgilərinin açılış mərasimində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə heyətinin sədri Orxan Məmmədov deyib.
Onun sözlərinə görə, sərgilər, həmçinin satış imkanlarının genişləndirilməsinə, yeni işgüzar əlaqələrin qurulmasına və əməkdaşlığın inkişafına xidmət edir.
"Agentliyimiz həmişə bu cür sərgilərin keçirilməsini dəstəkləyib və bu ənənəni davam etdirmək niyyətindəyik", - deyə o bildirib.