...

“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Oktyabr 2022 13:12 (UTC +04:00)
“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir açıqlanıb

Bakı. Trend:

“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 82 faizini təşkil edib.

Trend-in məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi “İxrac icmalı”nın oktyabr sayında bildirilir.

Qeyd olunur ki, 2022-ci ilin yanvar-sentyabr aylarında “Azərkosmos” tərəfindən 19,3 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib:

"Azərkosmos"un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 83 faizini təşkil edib. 2022-ci ilin sentyabr ayında “Azərkosmos” dünyanın 35 ölkəsinə 2,1 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

2022-ci ilin yanvar-sentyabr ayları ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində 5 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 3,9 milyon ABŞ dolları ilə Fransa, 3,3 milyon ABŞ dolları ilə Lüksemburq, 1,8 milyon ABŞ dolları ilə BƏƏ və 1,1 milyon ABŞ dolları ilə Pakistan qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti