Bakı. Trend:
Bakıda Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Bolqarıstanın Kiçik və Orta Biznesin Təşviqi Agentliyi (BSMEPA) arasında anlaşma memorandumunun imzalanması mərasimi keçirilib.
Trend xəbər verir ki, sənədi Azərbaycan tərəfdən KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov və Bolqarıstan agentliyi adından Boyko Takov imzalayıblar.
Bundan əlavə, Kiçik və Orta Müəssisələrin Beynəlxalq Şəbəkəsi (INSME) və Dünya Biznes Mələkləri İnvestisiya Forumu (WBAF) arasında anlaşma memorandumu imzalanıb.
Sənədi WBAF-nin baş direktoru Baybars Altuntaş və INSME prezidenti Serxio Arseni imzalayıb.