...

Mərkəzi Bank bu il üzrə illik inflyasiya proqnozunu dəyişməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2023 11:43 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) baza ssenarisinə əsasən 2023-cü il üzrə illik inflyasiya proqnozu (8,3 faiz) dəyişməz olaraq qalır.

Trend bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

"İnflyasiya amilləri balansında ötən iclasdan bəri əhəmiyyətli dəyişiklik baş verməsə də, strukturunda yerdəyişmələr olmuşdur. İnflyasiyanın xarici mühitinin yüksək dəyişkənliyi, məcmu tələbin izafi genişlənməsi başlıca risk mənbələri kimi qiymətləndirilə bilər. 2023-cü ilin 5 ayında əhalinin nominal gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 14.7% artmışdır. Qlobal maliyyə sisteminin sabitliyinin pozulması, bir sıra inkişaf etmiş ölkələrdə resessiya təhlükəsinin mövcudluğu və geosiyasi gərginlik müxtəlif kanallarla inflyasiya proseslərinə təsir potensialını saxlayır. İdxal qiymətləri indekslərinin artım templəri ikirəqəmli səviyyədə qalır", - Mərkəzi Bankın məlumatında deyilir.

Mərkəzi Bank qeyd edir ki, son aylarda xarici inflyasiya təzyiqlərinin zəifləməsi, eləcə də ötən ildən bəri qəbul edilən pul siyasəti və makroprudensial siyasət qərarlarının təsiri ilin qalan dövründə inflyasiya proqnozunun azaldılmasına şərait yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti