...

Orta Dəhlizin açılması KOB-un yeni bazarlara çıxışına imkan yaradacaq - AYİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Noyabr 2023 18:08 (UTC +04:00)
Orta Dəhlizin açılması KOB-un yeni bazarlara çıxışına imkan yaradacaq - AYİB
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Orta Dəhlizin açılması kiçik və orta biznesin (KOB) yeni bazarlara çıxışına imkan yaradacaq.

Trend xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Kiçik Biznesə İnvestisiyalar Komitəsinin rəhbəri Endryu Makdonald Bakıda keçirilən Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumunda deyib.

Onun sözlərinə görə, hazırda kiçik və orta biznes üçün imkanlar olduqca böyükdür.

"Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar olaraq Orta Dəhlizin açılması KOB üçün böyük imkanlar açır, çünki axın artır və bu da əvvəllər əlçatan olmayan bazarlara çıxış üçün böyük imkanlar yaradır", - deyə o qeyd edib.

Xəbər yenilənəcək

Xəbər lenti

Xəbər lenti