Bakı. Trend:
Bakıda taksonomiyaya həsr olunmuş beynəlxalq konfrans keçiriləcək.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında dövlət vergi xidmətinin müavini Samira Musayeva Bakıdakı "Azərbaycanın yaşıl iqtisadiyyatının inkişafında KOB-ların rolu" konfransında bildirib.
"Biz 25-26 sentyabr tarixlərində Bakıda yerli və xarici mütəxəssislərin iştirakı ilə beynəlxalq konfrans təşkil edəcəyik. Konfransda karbon kvotaları və kreditlər, taksonomiya və "yaşıl" iqtisadiyyatın inkişafı ilə bağlı fiskal məsələlər müzakirə ediləcək", - deyə Musayeva vurğulayıb.
Qeyd edək ki, karbon kreditləri bazarının inkişafı COP-un prioritetləri sırasına daxildir.