...

Özbəkistan Mərkəzi Asiyada əsas sektorlar üzrə birgə sərmayələrin artırılmasına çağırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2024 13:19 (UTC +04:00)
Özbəkistan Mərkəzi Asiyada əsas sektorlar üzrə birgə sərmayələrin artırılmasına çağırır
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Özbəkistan Mərkəzi Asiyada əsas sektorlar üzrə birgə sərmayələrin artırılmasına çağırır.

Trend xəbər verir ki, bu barədə Özbəkistanın rəqəmsal texnologiyalar nazirinin müavini Olimjon Umarov Bakıda "PASHA Holding" tərəfindən 4-cü dəfə təşkil edilən "INMerge” İnnovasiya Sammitində deyib.

“Özbəkistan regional əməkdaşlığa yönəlib və qeyd etmək istərdim ki, ölkələrimiz arasında regional əməkdaşlıq yeni iqtisadiyyatın tam potensialının reallaşdırılması üçün açar rolunu oynayır. Bu gün bizim İT şirkətlərimiz, startaplar, investisiya və vençur fondları artıq regionda əməkdaşlığa başlamışdır. Regional qarşılıqlı əlaqəni gücləndirmək üçün şirkətlərimizi və əməkdaşlığı, tərəfdaşlığı inkişaf etdirmək məqsədini güdən biznes planlarını dəstəkləmək vacibdir. Bu istiqamətdə bir neçə təklifim var. Birincisi, birgə investisiya layihələrinin inkişafını həyata keçirməkdir. Biz digital texnologiyalar, süni intellekt, startapların inkişafı və genişləndirilməsi, regional səviyyədə İT həlləri kimi əsas sektorlara sərmayələri artırmalıyıq”, - o qeyd edib.

Onun sözlərinə görə, ikincisi, onlayn ticarəti dəstəkləmək, ticarət sektorunda rəqəmsal maneələri azaltmağa davam etmək, normativ aktları harmonizasiya etmək və bölgəmizdə məhsul və xidmətlərin axınını asanlaşdırmaq üçün prosesləri yaxşılaşdırmaq vacibdir.

“Və üçüncüsü, bu bilik mübadiləsi və potensialın artırılmasıdır. Biz startaplar, gənc tədqiqatçılar və inkişaf etdiricilər arasında bilik və təcrübə mübadiləsini təşviq edən regional proqram hazırlamalıyıq”, - o əlavə edib.

Qeyd edək ki, “PAŞA Holding”in təşkilatçılığı ilə həyata keçirilən bu sammitin məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.

Xəbər lenti

Xəbər lenti