...

“Coursera”da 2500 kurs süni intellekt vasitəsilə Azərbaycan dilinə tərcümə olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2024 16:15 (UTC +04:00)
“Coursera”da 2500 kurs süni intellekt vasitəsilə Azərbaycan dilinə tərcümə olunur
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

“Coursera”da 2500 kurs süni intellekt vasitəsilə Azərbaycan dilinə tərcümə olunur.

Trend xəbər verir ki, bu barədə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov Bakıda "PASHA Holding" tərəfindən 4-cü dəfə təşkil edilən "INMerge” İnnovasiya Sammitində deyib.

“Coursera” tarixində ilk dəfə olaraq biz süni intellekt texnologiyaları vasitəsilə 2500 kursu Azərbaycan dilinə tərcümə edirik”, - Fariz Cəfərov bildirib.

Onun sözlərinə görə, yaxın zamanda Azərbaycanda pilot layihə həyata keçirilib və bu çərçivədə ölkənin 10000 vətəndaşı “Coursera” platformasında onlayn təhsilə pulsuz çıxış əldə edib. Layihənin başa çatması ilə bağlı tədbir dünən keçirilib.

“Proqramın növbəti mərhələsində 200000 nəfərin onlayn təhsilə pulsuz olaraq çıxış əldə edilməsi nəzərdə tutulur”, - o əlavə edib.

Qeyd edək ki, “PAŞA Holding”in təşkilatçılığı ilə həyata keçirilən bu sammitin məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək, onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də, innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.

Xəbər lenti

Xəbər lenti