...

İYUNUN 23-25-DƏ BRÜSSELDƏ GÖMRÜK XİDMƏTİ ORQANLARI RƏHBƏRLƏRİNİN TOPLANTISI KEÇİRİLƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyun 2005 20:50 (UTC +04:00)

İyunun 23-25-də Brüsseldə dünyanın müxtəlif ölkələrinin gömrük xidməti orqanlarırəhbərlərinin toplantısı keçiriləcək. Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) Trend xəbər agentliyinə məlumat verilib. Verilən məlumata görə, tədbirdə Azərbaycanı DGK sədri Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcəkdir. Ümumdünya Gömrük Təşkilatı (ÜGT) tərəfindən təşkil olunan tədbirdə gömrük orqanları arasında əməkdaşlığın genişləndirilməsi, qaçaqmalçılığa qarşı birgə mübarizə və s. məsələlər müzakirə olunacaq. İclasda həmçinin "Qaçaqmalçılığa qarşı mübarizə və təhlükəsizliyin təmin olunması" adlı layihənin təqdimatı keçiriləcək. ÜGT-nin baş katibi Mişel Danet ötən ay Bakıda səfərdə olarkən media nümayəndələri ilə görüşündə sözügedən layihənin əsasən dəniz yolu ilə daşımalarda təhlükəsizliyin təmin olunmasına yönəldildiyini, eyni zamanda layihədə quru yolu ilə daşımalarda təhlükəsizlik məsələsinin də nəzərə alındığını qeyd etmişdir. O yeni layihənin gömrük xidməti orqanları, həmçinin şirkətlər arasında partnyorluq əsasında həyata keçiriləcəyini bildirmişdir.

Xəbər lenti

Xəbər lenti