...

2005-Cİ İL ƏRZİNDƏ AZƏRBAYCANDA İNFLYASİYA 4,8%-Ə BƏRABƏR OLUB

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2005 14:27 (UTC +04:00)

Cari ilin birinci yarısının inflyasiya göstəriciləri 4,8% təşkil edib. Azərbaycanın Milli Bankının İdarə Heyətinin sədri Elman Rüstəmovun Trend ə verdiyi məlumata görə, iyun ayı ərzində ölkədə 1,8% həcmində deflyasiya müşahidə olunub. Ümumilikdə son iki ay ərzində (may və iyun) deflyasiya göstəricisi 3,7-3,8% təşkil edib.

"Biz həmçinin iyul və avqustda mövsümi deflyasiya gözləyirik. Paralel olaraq biz qaykaları bərkidərək ciddi mübarizə aparırıq və antiinhisar fərmanın maddələrini reallaşdırırıq. Düşünürəm ki, biz sentyabra yaxşı ehtiyatla daxim olacağıq, lakin onu qoruyub saxlamaq lazımdır ", - deyə E.Rüstəmov qeyd edib.

İqtisadi inkişaf naziri Fərhad Əliyev bildirib ki, 2005-ci ilin yanvar-iyun aylarının yekunları üzrə yanvar -iyun ayları ilə müqayisədə inflyasiya 13,5% təşkil edib.

Xəbər lenti

Xəbər lenti