...

BAKIDA "AZƏRBAYCANDA LİZİNQİN İNKİŞAFI PERSPEKTİVLƏRİ" MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Avqust 2005 14:12 (UTC +04:00)
BAKIDA "AZƏRBAYCANDA LİZİNQİN İNKİŞAFI PERSPEKTİVLƏRİ" MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLİB

Avqustun 8-də Bakıda "Azərbaycanda lizinqin inkişafı perspektivləri" mövzusunda dəyirmi masa keçirilib. Trend in məlumatına görə, tədbir Azərbaycanda Lizinqin İnkişafı Layihəsi (ALDP), Beynəlxalq Maliyyə Korporasiyası (BMK), İqtisadi İnkişaf Nazirliyi (İİN), Azərbaycanın Lizinq Şirkətləri Assosiasiyası və SECO tərəfindən təşkil olunub. Tədbirdə lizinq əməliyyatları keçirən və bunda maraqlı olan dövlət strukturu, beynəlxalq maliyyə institutları və təşkilatların təxminən 80-nə yaxın nümayəndələri iştirak ediblər.

İqtisadi inkişaf naziri Fərhad Əliyevin qeyd etdiyi kimi, hazırda Azərbaycanda lizinqin inkişafı sahəsində müsbət dəyişikliklər müşahidə olunur, lakin hələlik bir sıra problemlər qalmaqdadır. Ölkədə lizinq əməliyyatlarının inkişafı üçün normativ-hüquqi aktlarda bir sıra dəyişikliklər edilməlidir.

Nazirin sözlərinə görə, lizinqin əhəmiyyəti iqtisadiyyatın qeyri-neft sahəsində əsas sektor ollan kənd təsərrüfatı üçün yeni texnologiya və texnikanın alınmasının zəruriliyi ilə əsaslandırılır. Ölkədə lizinqin inkişafı bütövlükdə iqtisadiyyatın inkişafına təkan verəcək. Bu isə ilk növbədə daxili bazarın tələbatının ödənilməsinə və ixrac istiqamətli istehsalın stimullaşdırılmasına səbəb olacaq.

Xəbər lenti

Xəbər lenti