Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi dövlət qulluğuna qəbul üzrə müsabiqə elan edib. İİN-dən Trend ə verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyənlər prezidentin "Müsabiqə yolu ilə dövlət qulluğuna qəbul qaydaları" haqqında 3 sentyabr 2001-ci il tarixli 566 saylı fərmanına uyğun olaraq İİN yanında yaradılmış komissiyaya aşağıdakı sənədləri təqdim etməlidirlər:
- müvafiq ərizə;
- şəxsiyyət vəsiqəsinin surəti;
- kadrların şəxsi qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- ali təhsil haqqında diplomun surəti;
- əmək kitabçasının surəti;
- hərbi biletin surəti;
- sağlamlıq haqqında arayış.
Sənədlərin surəti notarial qaydada təsdiq olunmalıdır. Sənədlər 2005-ci il sentyabrın 1-dən 30-na kimi saat 14:00-dan 18:00-a qədər İİN yanında iqtisadi islahatlar mərkəzinin inzibati binasında qəbul olunur (şənbə və bazar günləri istisna olmaqla).
Müsabiqəyə müvafiq ali təhsilli və qanunvericilikdə dövlət qulluğuna qəbulla bağlı şərtlərə cavab verən Azərbaycan vətəndaşları buraxılır.
Müsabiqə sənədlərin qəbulunun başa çatmasından 10 gün sonra test üzrə keçirilir. Sənədlər bu ünvan üzrə qəbul olunur: Bakı şəhəri, Zərdabi küç., 88A. İİN-nin iqtisadi islahatlar mərkəzi.